Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Ölkədə SMS yazanlar azalır, danışıq dəqiqələrinə tələb kəskin düşür –

User 05 Sentyabr 2025 - 12:57 (Last updated: 05 Sentyabr 2025 - 12:47)
Telefon

Telefon

Azərbaycanda SMS və danışılmış dəqiqələr ilbəil azalaraq öz yerlərini internetə verirlər.

AzPost Banker.az-a istinadən  xəbər verir ki, ölkədaxili mobil telefon trafiki 2020-ci ildə 18 milyard 725,6 milyon dəqiqə olduğu halda, 2024-cü ildə 13 milyard 729,0 milyon dəqiqəyə düşüb. Bu, ötən dövr ərzində təxminən 26,7% azalmanı göstərir.

Mobil şəbəkədaxili çıxış trafiki də azalmaqda davam edir. 2020-ci ildə 14 milyard 614,4 milyon dəqiqə olan bu göstərici 2024-cü ildə 9 milyard  944,6 milyon dəqiqəyə enib. Digər mobil şəbəkələrə çıxış trafiki də azalma tendensiyası göstərir. 2020-ci ildə 3 milyard 574,4 milyon dəqiqə, 2024-cü ildə isə 3 milyard 440,2 milyon dəqiqə.

Göndərilmiş SMS-lərin sayı ciddi şəkildə azalıb. 2020-ci ildə 303,3 milyon ədəd olan SMS sayı 2024-cü ildə 132,1 milyon ədədə düşüb. Bu, ölkə daxilində SMS istifadəsinin yarıdan çox azalmasıdır.

Cəmi beynəlxalq giriş trafiki 2020-ci ildə 41,2 milyon dəqiqə ikən, 2024-cü ildə 26,1 milyon dəqiqəyə geriləyib. Cəmi beynəlxalq çıxış trafiki isə 28,3 milyon dəqiqədən 11,0 milyon dəqiqəyə enib.

İnternet tərəfdə mənzərə fərqli istiqamətdədir. Ölkədə mobil və sabit internet istifadəçilərinin sayı isə artmaqda davam edir. Aktiv mobil genişzolaqlı (GPON) internet abunəçilərinin sayı 2020-ci ildə 6.3 milyon nəfərdən 2024-cü ildə 9.2 milyon nəfərə yüksəlib.

Əhalinin hər 100 nəfərinə düşən mobil internet abunəçilərinin sayı 63.4-dən 90.4-ə çatıb.

Sabit genişzolaqlı internet abunəçilərinin sayı 2020-ci ildə 1,16 milyon nəfər ikən, 2024-cü ildə 2,32 milyon nəfərə yüksəlib. Xüsusilə yüksək sürətli (100 Mbit/s və yuxarı) abunəçilərin sayı 23,4 mindən 1 milyon 094,3 min nəfərə qədər artıb.

Əlavə olaraq ölkədə beynəlxalq internet kanalı da sürətlə genişlənib. Dövlət Statistika Komitəsinin (DSK) açıqlamasında 2020-ci ildə bir istifadəçi üçün orta kanal həcmi 181,5 kbit/s idisə, 2024-cü ildə 863,1 kbit/s-ə çatıb.

AzPost.az

Post navigation

Previous: Tailandda qadın siyasətçi seçicilərə verdiyi qeyri-adi vədi yerinə yetirdi
Next: 26 yaşlı kişi 52 yaşlı sevgilisini evlilik tələbinə görə öldürdü

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

ilham xankendi
  • Baş Yazı

İlham Əliyev Xankəndidə -Təməlqoyma mərasimlərində iştirak edib

User 07 Noyabr 2026 - 11:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində...
Read more about İlham Əliyev Xankəndidə -Təməlqoyma mərasimlərində iştirak edib
7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir? burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
Senator Sanders İrana qarşı müharibənin pulunu kəsməyə çağırdı Super Tuesday primary election day
  • Dünya

Senator Sanders İrana qarşı müharibənin pulunu kəsməyə çağırdı

User 07 Noyabr 2026 - 11:07
ABŞ İrana qarşı 20 milyon dollar mükafat elan etdi – Vaşinqton hansı məlumatları axtarır? iran abs xerite
  • Dünya

ABŞ İrana qarşı 20 milyon dollar mükafat elan etdi – Vaşinqton hansı məlumatları axtarır?

User 07 Noyabr 2026 - 10:55
AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.