Beyləqanda kafedə 2 nəfər güllələnib

Bu gün saat 13:00 radələrində Beyləqan rayonunda xəsarət alması səbəbilə 2 nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən bildirilib.

“Onlardan 1988-ci il təvəllüdlü şəxs hazırda əməliyyata alınıb, 1983-cü il təvəllüdlü şəxsə isə sol baldırın çox qəlpəli açıq yerdəyişən sınığı diaqnozu təyin edilib. Vəziyyətləri stabil olaraq qiymətləndirilir”, məlumatda deyilir.

Sentyabrın 6-da saat 13 radələrində Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə üç kənd sakini arasında münaqişə baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, odlu silahla iki nəfər kənd sakini xasarət alıb. Cinayət əməlini törədən şəxs məlumdur, onun tutulması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.