Rusiya Müdafiə Nazirliyi Polşaya daxil olan PUA-larla bağlı açıqlama verib

Rusiya Silahlı Qüvvələrinin Ukrayna hərbi-sənaye kompleksi müəssisələrinə zərbə endirməsi zamanı Rusiya Polşadakı hədəfləri vurmağı planlaşdırmayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Zərbədə istifadə edilən və Polşa ilə sərhədi keçdiyi iddia edilən Rusiya PUA-larının maksimal uçuş məsafəsi 700 km-dən çox deyil. Rusiya Müdafiə Nazirliyi “mövzu ilə bağlı” Polşa ilə məsləhətləşmələr aparmağa hazırdır”, – Rusiya MN-in açıqlamasında qeyd olunub.

Qurumdan o da bildirilib ki, ötən gecə Rusiya qoşunları Ukraynanın İvano-Frankivsk, Xmelnitski, Jitomir, Vinnitsa və Lvov vilayətlərində müdafiə müəssisələrinə, o cümlədən zirehli texnika və aviasiya zavoduna zərbələr endirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.