Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Ukrayna Donbasda Rusiyanın dron anbarlarını məhv edib

User 22 Sentyabr 2025 - 15:15 (Last updated: 22 Sentyabr 2025 - 15:15)
raket iran

Ukrayna Müdafiə Qüvvələri Donetsk və Luqansk vilayətlərində Rusiyaya məxsus hərbi pilotsuz uçuş aparatı və sursat anbarlarına zərbələr endirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Baş Qərargahın məlumatına görə, Rusiya Luqansk vilayətində işğal altında olan Boqdanovka yaxınlığında 70-ci motoatıcı diviziyanın 17-ci tank alayına döyüş sursatlarının və Donetsk vilayətində ordunun ehtiyacları üçün 19 mindən çox müxtəlif tipli PUA-nın paylanmasını təşkil etməyə cəhd edib.

“Yük maşınları on minlərlə mina, qumbaraatan və müxtəlif növ döyüş sursatları, minlərlə tank mərmisi (o cümlədən yüksək dəqiqliyə malik ZUBK-14) və artilleriya mərmilərini tank alayının səhra anbarına çatdırıb”, – deyə Baş Qərargahdan bildiriblər.

Hərbi mənbələrin məlumatına görə, ikinci insidentdə yük müxtəlif PUA-lardan (“Molniya”, “Bumeranq”, “Vandal Novqorodski”, “Qorınıç” və başqaları) və əlaqəli avadanlıqlardan (batareyalar, rabitə modulları və video ötürücülər) ibarət olub.

Bundan əvvəl, avqustun 29-da Dnepr əməliyyat-strateji qüvvələrinin qoşunları Rusiyaya məxsus hücum PUA-larının böyük ehtiyatını məhv edib, pilotsuz uçuş aparatlarının logistika paylama məntəqəsinə zərbə endirib.

Sentyabrın 18-də isə Ukrayna Silahlı Qüvvələrinin və Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) bölmələri Luqansk vilayətində Rusiya hərbçilərinin alay sursat anbarına zərbələr endirib.

“Sursatla yanaşı, düşmənin maşınları da yandırılıb”, -deyə Baş Qərargahın məlumatında bildirilir.

AzPost.az

Post navigation

Previous: Rusiya Qərb ölkələrinin Fələstini tanımasına münasibət bildirib
Next: Lənkəranda tələbə qızı öldürən şəxsin dostu da həbs olundu

Oxşar xəbərlər

polsa mitinq
  • Dünya

Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə

User 31 Oktyabr 2026 - 11:00
miqrantefqan
  • Dünya

Tramp 150-dən çox əfqanı deportasiya edir

User 31 Oktyabr 2026 - 10:41
brexit-day-donald-tusk
  • Dünya

Polşada Konstitusiya Məhkəməsi böhranı – Tusk qəti addımlar tələb edir

User 31 Oktyabr 2026 - 10:37

xƏBƏR

moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17
Azərbaycanda bir gün ərzində moped və velosiped idarə edən iki gəncin yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirməsi ikitəkərli...
Read more about Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü
Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək? Azərbaycanda vəkillərin
  • Baş Yazı

Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?

User 31 Oktyabr 2026 - 13:43
Noyabrın 1-nə olan hava proqnozu hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
60 il əvvəl İlk video telefon belə görünürdü – İlk aparatın 100 illik sirri / FOTOXRONİKA video telefon 1960
  • Maraqlı

60 il əvvəl İlk video telefon belə görünürdü – İlk aparatın 100 illik sirri / FOTOXRONİKA

User 31 Oktyabr 2026 - 12:43
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.