Qayınana kürəkənini öldürmək üçün killer tutdu

killerlik
killerlik

Moskvada şok hadisə qeydə alınıb.

AzPost-un Rusiya KİV-lərinə istinadən məlumatına görə, 55 yaşlı qadın keçmiş kürəkənini və onun hamilə həyat yoldaşını öldürmək üçün qatil axtararkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

İstintaqın məlumatına görə, qadın bu planı avqust ayında qurub və tanışları arasında “icraçı” tapmağa çalışıb. Onun niyyətindən xəbər tutanlardan biri dərhal polisə məlumat verib. Bundan sonra iki hüquq-mühafizə əməkdaşı qatil qismində qadınla əlaqə saxlayıblar.

Görüşlər zamanı qadın açıq şəkildə niyyətini bildirib, qurbanları şəxsən göstərəcəyini və cinayətə görə 400 min rubl ödəməyə hazır olduğunu deyib. O, həm telefon danışıqları, həm də şəxsi görüşlər zamanı qətlin “hazırlıq mərhələsindən” xəbərdar edilib. Daha sonra əməliyyat zamanı şübhəli şəxs əlüstü saxlanılıb.

Moskva Şəhər İstintaq Komitəsinin mətbuat xidmətinin rəhbəri Yuliya İvanovanın açıqlamasına görə, qadına qarşı cinayət işi açılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.