Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

“Yemək zamanı su içmək zərərli deyil, əksinə faydalıdır”

Orkhan Ali 13 Oktyabr 2025 - 10:50 (Last updated: 13 Oktyabr 2025 - 10:28)
1

Uzun illərdir insanlar arasında “yemək zamanı su içmək həzmi pozur” fikri dolaşır. Lakin müasir tibbi araşdırmalar bu iddianın doğru olmadığını göstərir.

AzPost xəbər verir ki, endokrinoloq və qidalanma mütəxəssisi Oksana Mixalyova yeməklə birlikdə su içməyin orqanizm üçün tamamilə təhlükəsiz, hətta faydalı olduğunu bildirib. Onun sözlərinə görə, su mədədə qidanın daha yaxşı qarışmasına və asan həzm olunmasına kömək edir. “Əksinə, nəmli qida mədədə daha tez qarışır və həzm şirələri ilə daha yaxşı işlənir,” – deyə həkim qeyd edib.

Mütəxəssis vurğulayıb ki, mədədə xüsusi hissəciklər – kimyəvi qəbul edən hüceyrələr mövcuddur və onlar həzm üçün lazım olan turşunun miqdarını özü tənzimləyir. Yəni su içmək bu prosesi pozmur, əksinə mədənin fəaliyyətini asanlaşdırır.

Mixalyovanın sözlərinə görə, yemək zamanı su içmək bədəni susuzluqdan qoruyur, qidanın miqdarını azaltmağa və artıq çəki riskini önləməyə də kömək edir. “Əsas odur ki, su təmiz və otaq temperaturunda olsun, qazlı və ya çox soyuq içkilər isə məsləhət deyil,” – deyə o bildirib.

Həkimlərin ümumi fikrinə görə, gün ərzində kifayət qədər su içmək, o cümlədən yemək zamanı bir neçə qurtum su qəbul etmək həm həzm sistemini, həm də ümumi sağlamlığı dəstəkləyir.

AzPost.az

Post navigation

Previous: İstifadəçi Leo Bankın “Sərmayələr” bölməsindən narazıdır
Next: Bəzi qidalar arıqlamağa mane olur

Oxşar xəbərlər

sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19
turk xin
  • Gündəm

Türkiyə Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

User 18 Oktyabr 2026 - 12:23

xƏBƏR

abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Səudiyyə Ərəbistanı və Türkiyə ABŞ prezidenti Donald Trampı İranla bağlı diplomatik səylərə daha çox vaxt ayırmağa çağırıb....
Read more about İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?
Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
Ərdoğan Zelenskini qəbul edib erdoqan zelenski
  • Dünya

Ərdoğan Zelenskini qəbul edib

User 31 Oktyabr 2026 - 18:00
İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.