“Rusiya xüsusi hərbi əməliyyatını davam etdirir və məqsədlərinə çatacaq“.
AzPost bildirir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov oktyabrın 14-də keçirdiyi brifinqdə Fransa lideri Emmanuel Makronun bəyanatına cavabında deyib.
Qeyd edək ki, Makron bəyaantında Rusiya danışıqlara hazır olduğunu bildirməsə, bunun əvəzini ödəyəcəyini vurğulayıb.
Kreml sözçüsü izah edib ki, Rusiya alternativlərin olmaması ilə əlaqədar olaraq xüsusi hərbi əməliyyatı davam etdirir.
“Rusiya öz maraqlarını təmin edəcək və məqsədlərinə çatacaq”, – o, əmin edib.
Peskov qeyd edib ki, Rusiya Ukraynadakı hərbi əməliyyatların sülh yolu ilə həllinə hazırdır.