Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb

User 18 Oktyabr 2025 - 00:45 (Last updated: 18 Oktyabr 2025 - 00:45)
xanim vatikan01

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 17-də Vatikanın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva kardinal Pietro Parolini yenidən görməyinə şad olduğunu deyərək, katolik dünyasını “Yubiley İli” münasibətilə təbrik edib.

Vatikanın dövlət katibinin keçən ilin noyabrında Azərbaycanda keçirilən COP29 tədbirində iştirakına görə təşəkkürünü bildirən Birinci vitse-prezident ölkəmizin Müqəddəs Taxt-Tacla inkişaf edən əməkdaşlığının son illər ərzində vüsət almış dinamikasından məmnunluğunu ifadə edib.

Azərbaycanın dini tolerantlıq və multikulturalizm dəyərlərini özündə birləşdirən ölkə olduğunu diqqətə çatdıran Mehriban Əliyeva bunun həm dövlət siyasəti, həm də cəmiyyətimizin yaşayış tərzi olduğunu vurğulayıb. Birinci vitse-prezident Müqəddəs Taxt-Tacla əməkdaşlıq çərçivəsində Heydər Əliyev Fondu tərəfindən görülən işlər barədə danışaraq, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu bildirib. Ölkəmizdə katolik icması ilə münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən Birinci vitse-prezident deyib: “Dövlət katibinin keçən ilin noyabrında Azərbaycanda qaldırdığı məsələ – ölkəmizdə ikinci Katolik Kilsəsinin tikilməsi müsbət həllini tapmaqdadır. Prezident İlham Əliyev tərəfindən artıq bu barədə müsbət qərar verilib və bu yaxınlarda paytaxtımızda ikinci Katolik Kilsəsinin inşasına başlanılacaq”. Mehriban Əliyeva kardinal Pietro Parolinin Azərbaycanda ölkəmizin və xalqımızın yaxın dostu kimi tanındığını qeyd edib, əməkdaşlığımızın sürətlə və uğurla inkişafına görə ona minnətdarlığını bildirib.

Pietro Parolin Birinci vitse-prezident Mehriban Əliyevanı yenidən görməkdən şərəf duyduğunu deyərək, Azərbaycan dövlətinə, münasibətlərin bu səviyyəyə çatdırılmasında səylərinə görə şəxsən Prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə edib. O, keçən ilin noyabrında COP29-la bağlı Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev tərəfindən qəbul olunmasını Müqəddəs Taxt-Taca hörmətin təzahürü kimi qiymətləndirib. Heydər Əliyev Fondunun dəstəyi ilə uğurla həyata keçirilən layihələr barədə danışan kardinal bu əməkdaşlığı yüksək dəyərləndirib. O, həmçinin Azərbaycanda fəaliyyət göstərən katolik icması ilə dövlət arasında nümunəvi münasibətlərin mövcud olduğunu diqqətə çatdıraraq, dövlətlərimizin əməkdaşlığının möhkəmləndirilməsinin önəmini vurğulayaraq deyib: “Bakıda ikinci Katolik Kilsəsinin tikilməsi çox təqdirəlayiq haldır, buna görə Azərbaycana minnətdarıq. Bu, bir daha ölkənizdə bütün dinlərə göstərilən qayğı və hörmətin təzahürüdür. Azərbaycan bu mənada bir çox ölkələr üçün nümunədir”.

Kardinal Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Feketenin Prezident İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif edilməsinin Müqəddəs Taxt-Taca hörmətin daha bir əlaməti olduğunu diqqətə çatdırıb.

Dövlət katibi Pietro Parolin avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ tərəfindən Birgə Bəyannamənin imzalanması, Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması münasibətilə ölkəmizi təbrik edib, Vatikanın regionda sülhün bərqərar olmasını birmənalı şəkildə dəstəklədiyini bildirib.

Təbriklərə görə kardinal Pietro Parolinə minnətdarlığını ifadə edən Birinci vitse-prezident Mehriban Əliyeva Vaşinqton Sammitinin nəticələrini yüksək qiymətləndirərək, Azərbaycan və Ermənistan rəhbərlərinin sülh gündəliyinə sadiq qaldıqlarını, regionda davamlı sülhün bərqərar olmasına ümidvar olduğunu vurğulayıb.

 

AzPost.az

Post navigation

Previous: Zelenski ilə Tramp arasında görüş başa çatıb –
Next: “Rusiya və Ukrayna durduqları yerdə dayanmalıdırlar” –

Oxşar xəbərlər

tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27

xƏBƏR

Əraqçi
  • Dünya

İran ABŞ-a xəbərdarlıq etdi – “Hücum etsələr, daha sərt cavab alacaqlar”

User 02 Noyabr 2026 - 23:22
“Biz dəfələrlə bəyan etmişik ki, güc yolu ilə özümüzü müdafiə etməyə tam hazırıq. Eyni zamanda, danışıqlar vasitəsilə...
Read more about İran ABŞ-a xəbərdarlıq etdi – “Hücum etsələr, daha sərt cavab alacaqlar”
65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır Pensiyaçı
  • Sosial

65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır

User 02 Noyabr 2026 - 22:45
Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur avto cin
  • Sosial

Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur

User 02 Noyabr 2026 - 22:28
Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun qida zerer
  • Sosial

Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun

User 02 Noyabr 2026 - 21:56
Pensiyaya çıxarkən ali təhsil və hərbi xidmət illəri staja daxil edilir? herbci
  • Sosial

Pensiyaya çıxarkən ali təhsil və hərbi xidmət illəri staja daxil edilir?

User 02 Noyabr 2026 - 21:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.