Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

AZAL-ın təyyarəsi Bakıya geri qayıdıb

User 20 Oktyabr 2025 - 15:28 (Last updated: 20 Oktyabr 2025 - 15:28)
azal

J2-020 nömrəli Sankt-Peterburq–Bakı reysinin sərnişinlərinin daşınması üçün Bakıdan göndərilən Azərbaycan Hava Yollarına (AZAL) məxsus hava gəmisi paytaxta çatıb.

AZAL-dan bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 14:24-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Qeyd edək uçuşun təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsinin kapitanı Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirərkən texniki səbəbdən (şassidə nasazlıq) geri qayıdaraq Pulkovo hava limanına eniş etməyə qərar verib.

Qeyd olunur ki, bütün təhlükəsizlik prosedurlarına uyğun olaraq ekipaj enişdən əvvəl yanacağın müəyyən hissəsini sərf etməklə lazımi tədbirləri yerinə yetirib.

Təyinat üzrə müəyyən edilmiş qaydalara əsasən Sankt-Peterburq hava limanında fövqəladə və xilasetmə xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Təyyarə Bakı vaxtı ilə saat 04:43-də Pulkovo hava limanına uğurla enib. Eniş zamanı hava gəmisi uçuş-enmə zolağından cüzi kənara çıxıb.

Göyərtədə olan 155 sərnişin operativ şəkildə təxliyə olunub. Xəsarət alan yoxdur.

Sankt-Peterburqdan Bakıya sərnişinlərin daşınması üçün artıq digər AZAL təyyarəsi göndərilib.

AZAL sərnişinlərə göstərdikləri təmkin və anlayış üçün təşəkkürünü bildirir, Pulkovo hava limanının xidmətlərinə peşəkar və koordinasiyalı fəaliyyətlərinə görə minnətdarlığını ifadə edir.

AzPost.az

Post navigation

Previous: Girov götürülən futbolçunun meyiti tapıldı
Next: Naxçıvanda nazir müavini vəzifədən çıxarılıb

Oxşar xəbərlər

elmar esas
  • Sosial

Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO

User 26 Oktyabr 2026 - 19:03
teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
Bələdiyyələr
  • Sosial

İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır

User 26 Oktyabr 2026 - 15:17

xƏBƏR

mekke-sazisi
  • Dünya

İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib

User 26 Oktyabr 2026 - 20:02
Tehranda İran, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək səviyyəli rəsmiləri arasında keçirilən görüşdə bəyanat qəbul edilib. Bu...
Read more about İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib
Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO elmar esas
  • Sosial

Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO

User 26 Oktyabr 2026 - 19:03
“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev hikmet01
  • Siyasət

“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev

User 26 Oktyabr 2026 - 17:45
Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı? tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.