Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Tramp və Çin lderi görüşdü, 2 saat danışdılar –

User 30 Oktyabr 2025 - 09:55 (Last updated: 30 Oktyabr 2025 - 10:04)
tramp cin

Çin lideri Si Cinpin və ABŞ prezidenti Donald Tramp Cənubi Koreyanın Busan şəhərində görüşüb.

Bu barədə Sinxua agentliyi məlumat yayıb.

Görüşdən əvvəl Çinin Xarici İşlər Nazirliyi liderlərin ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər mövzular barədə fikir mübadiləsi apardıqlarını açıqlayıb.

Görüş 1 saat 40 dəqiqə davam edib.

Çin lideri Si Cinpin görüşdən sonra bəyan edib ki, Pekin və ABŞ iki ölkə arasındakı əsas ticarət və iqtisadi mübahisələrin həlli ilə bağlı razılığa gəliblər: “İki ticarət və iqtisadi heyətimiz bizi narahat edən əsas məsələlərin həlli ilə bağlı əsas razılığa gəlib və ümidverici irəliləyiş əldə ediblər”, – o deyib.

Si Cinpinin sözlərinə görə, Çin və ABŞ bir-birinə uğur və ortaq rifah əldə etməyə kömək edə bilər.

Donald Tramp isə  Si Cinpinlə görüşdən qayıdarkən “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında bildirib ki, Çin malları üçün gömrük rüsumunu 10 faizə endirib.

“Mən Çindən idxal olunan mallara, ölkəyə gətirilən fentanil səbəbindən, 20 faiz rüsum tətbiq etmişdim. Bu, böyük bir rüsumdur. Mən onu 10 faiz endirdim”, – Tramp bildirib.

Onun sözlərinə görə, Pekin fentanil axınının qarşısını almaq istiqamətində işləyəcək. ABŞ Prezidentinin qeyd etdiyinə görə, Çin üçün tariflərin ümumi səviyyəsi hazırda 47 faiz təşkil edir.

Bundan əlavə, Tramp kənd təsərrüfatı sahəsində əldə olunan razılaşmalar barədə məlumat verib: “Çox böyük miqdarda soya paxlası və digər kənd təsərrüfatı məhsulları dərhal, elə indi alınacaq”, – o bildirib.

Tramp vurğulayıb ki, Çinlə ticarət sazişi əldə olunub. Saziş bir il müddətinə qüvvədə olacaq və daha sonra yenidən nəzərdən keçiriləcək. Onun sözlərinə görə, sazişin imzalanması yaxın vaxtlarda baş tuta bilər, çünki bunun üçün ciddi maneələr yoxdur.

ABŞ prezidenti həmçinin qeyd edib ki, aprel ayında Çinə səfər etməyi planlaşdırır, bundan sonra isə Si Cinpinin ABŞ-a cavab səfəri baş tuta bilər.

AzPost.az

Post navigation

Previous: Siqaret qanda ölümcül laxtalanmaya yol açır
Next: “Melissa” qasırğası Yamaykada dörd nəfərin ölümünə səbəb olub

Oxşar xəbərlər

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
qaz kemeri
  • Dünya

ABŞ-ın təzyiqi ilə Türkiyə Türkmənistan qazından imtina edib

User 06 Noyabr 2026 - 20:36

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.