Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi ictimaiyyətə təqdim edilib

User 13 Noyabr 2025 - 14:03 (Last updated: 13 Noyabr 2025 - 14:05)
naxcivan numayend

Noyabrın 13-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Ceyhun Ramiz oğlu Cəlilovu muxtar respublikanın ictimaiyyətinə təqdim edib.

Tədbirdən əvvəl Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Təqdimat mərasimində çıxış edən Samir Nuriyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial, iqtisadi və mədəni inkişafı məsələlərini daim diqqət mərkəzində saxlayır.

Ölkəmizdə aparılan quruculuq işlərinin tərkib hissəsi kimi Naxçıvanın inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini qeyd edən Prezident Administrasiyasının rəhbəri “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın qəbul edildiyini, davamlı iqtisadi və sosial artıma nail olmaqla muxtar respublikanın inkişafının sürətləndirilməsinin və ölkə iqtisadiyyatına tam inteqrasiyasının əsas hədəf olduğunu qeyd edib.

Bildirilib ki, Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planına uyğun olaraq əlverişli biznes mühitinin yaradılması, ticarətin, ixracyönümlü sənayenin, kənd təsərrüfatının, turizmin, infrastruktur təminatının, sosial sferanın, insan kapitalının və digər sahələrin inkişafı ilə bağlı qaşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icrası üçün mövcud imkanlardan daha səmərəli istifadə olunmalı və bütün qüvvələr səfərbər edilməlidir.

Azərbaycan Prezidentinin noyabrın 12-də yeni təyinatlarla əlaqədar qəbulda səsləndirdiyi fikirlərə toxunan Prezident Administrasiyasının rəhbəri dövlətimizin başçısının xalqa xidməti, təvazökarlığı, vəzifə borcuna məsuliyyətli yanaşmanı əsas iş prinsipləri hesab etdiyini və hər bir məmurun öz fəaliyyətində bu prinsipləri rəhbər tutmalı olduğunu deyib.

Samir Nuriyev Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrini muxtar respublikanın yeni rəhbərliyinə çatdıraraq dövlətimizin başçısının göstərdiyi etimadın doğruldulacağına ümid etdiyini bildirib.

AzPost.az

Post navigation

Previous: 9 ildir axtarılan Xəyalə öldürülübmüş –
Next: “İllərdir gözlədiyimiz ən dürüst islahat nəhayət gündəmə gəldi” –

Oxşar xəbərlər

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.