Qara dənizin akvatoriyasında Uzaq Şərqdən gəlmiş korеya balığı geniş yayılmağa başlayıb. AzPost xəbər verir ki, bu barədə Qara dəniz İnstitutun Biologiya üzrə tədqiqatçıları məlumat verib. Alimlər bildirir ki, bu növün bölgədə məskunlaşması ekosistemin tarazlığına ciddi təsir göstərə bilər.
Qeyd olunur ki, balıq ilk dəfə 2013-cü ildə Balaklava körfəzində qeydə alınıb. Mütəxəssislərin fikrincə, o, bölgəyə Uzaq Şərqdən gətirilən ilbiz və digər dəniz materialları ilə daxil olub.
Aparılan müşahidələr korеy balığının artıq Rusiya sahilləri boyunca yayıldığını, həmçinin Türkiyə və Bolqarıstanın sahil zonalarında da görünməyə başladığını göstərir. Tədqiqat zamanı aşkar olunan ən iri nümunə 40 santimetrdən böyük olan üçillik dişi balıq olub.
Alimlər xəbərdarlıq edirlər ki, bu balıq bölgədəki kiçik ölçülü su canlılarını – xüsusilə də barabulya, stavrida və xərçəngkimiləri intensiv şəkildə yeyir. Buna görə də, Qara dənizin yerli növlərinin böyük hissəsi risk altında hesab olunur.