Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Yasamalda yeniyetmələr dalaşdı, 15 yaşlı uşaq öldürüldü

User 18 Noyabr 2025 - 09:24 (Last updated: 18 Noyabr 2025 - 09:24)
kütləvi dava

kütləvi dava

Noyabrın 17-də saat 22 radələrində Yasamal rayonu ərazisində 2010-cu il təvəllüdlü H. Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə. Novruzlu saxlanılıb.

Hadisə Yasamal rayonunda, Abbas Mirzə Şərifzadə küçəsində, 52 nömrəli məktəbin yaxınlığında yerləşən beşmərtəbəli binanın həyətindəki söhbətgahda baş verib.

İlkin məlumata görə, məktəbli yeniyetmələr arasında yaranan mübahisə qısa zamanda qarşıdurmaya çevrilib. Qarşıdurma zamanı məktəblilərdən biri digərinə bıçaqla şah damarından xəsarət yetirib.

Hadisə baş verən an yeniyetmələrin yanında təxminən 10-a yaxın başqa şəxs də olub. Əraziyə dərhal polis əməkdaşları cəlb edilib.

Dünən saat 18:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən təcili çağırış qeydə alınıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Çağırış ünvana dərhal təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 15 yaşlı şəxs (kişi) sol budun aşağı üçdə bir hissəsinin kəsilmiş – deşilmiş yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə aqonal vəziyyətdə hospitalizasiya olunan yeniyetmənin göstərilən reanimasiya tədbirləri və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 22:00 radələrində ölüm faktı qeydə alınıb.

Araşdırmalar davam etdirilir.

AzPost.az

Post navigation

Previous: Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salınıb
Next: Bu günə olan valyuta məzənnələri

Oxşar xəbərlər

Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44

xƏBƏR

rus liman
  • Katogriyasız

Rusiyanın ən böyük limanı PUA-larla vuruldu- Yanğın başladı, yaralılar var

User 11 Noyabr 2026 - 10:34
Ukrayna noyabrın 11-nə keçən gecə Rusiyanın Leninqrad vilayətinə 150 pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib. Hücumun...
Read more about Rusiyanın ən böyük limanı PUA-larla vuruldu- Yanğın başladı, yaralılar var
Ərzaq qiymətləri yenə artır – Ailələr ayda nə qədər pul xərcləyir? market
  • Baş Yazı

Ərzaq qiymətləri yenə artır – Ailələr ayda nə qədər pul xərcləyir?

User 11 Noyabr 2026 - 10:27
Tramp Putini pulla razı salmaq istəyir – Kreml niyə güzəştə getmir? ABŞ Rusiya və Ukrayna
  • Dünya

Tramp Putini pulla razı salmaq istəyir – Kreml niyə güzəştə getmir?

User 11 Noyabr 2026 - 10:17
Bir gündə 35 axtarışda olan şəxs tutuldu – Onlardan 19-u borclu olub DIN
  • Sosial

Bir gündə 35 axtarışda olan şəxs tutuldu – Onlardan 19-u borclu olub

User 11 Noyabr 2026 - 10:05
Bürclər üçün 11 noyabr proqnozu – Hansı dəyişikliklər olacaq? burcler
  • Maraqlı

Bürclər üçün 11 noyabr proqnozu – Hansı dəyişikliklər olacaq?

User 11 Noyabr 2026 - 09:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.