Almaniyada tanınmış aktrisa olan əkiz Kesler bacıları intihar ediblər.
AzPost “Spiegel” nəşrinə istinadən bildirir ki, əkizlər ölümlərini əvvəlcədən planlaşdırıblar.
Alis və Ellen Kessler bacıları 17 noyabrda Alman İnsani Ölüm Cəmiyyətinin (DGHS) mütəxəssislərinin köməyindən istifadə edərək ölümlərini təlimat üzrə icra ediblər. 89 yaşlı qadınlar ölüm tarixlərini özləri seçib. Onlar üzvü olduqları Alman İnsani Ölüm Cəmiyyətinin (DGHS) mütəxəssisləri ilə birlikdə həyatlarının sonunu planlaşdırmaq üçün bir neçə ay sərf ediblər.
DGHS-in təxminən 50.000 üzvü var. Təşkilatın mətbuata açıqlamasında deyilir ki, təkcə 2024-cü ildə DGHS 600-dən çox intihara kömək edib. Alman İnsani Ölüm Cəmiyyəti artıq yaşamaq istəməyənlər üçün sözdə “müşayiətçi şəxslər” təmin edir. Buna yalnız təşkilatın üzvləri müraciət edə bilərlər.
Ərizəçilərə iki mütəxəssis – həkim və vəkil təyin olunur. “Spiegel”in məlumatına görə, məsləhətçilər ölmək istəyinin könüllü və şüurlu olduğu qənaətinə gəlsələr, intiharı özləri həyata keçirirlər. Onlara ölümcül dərman – adətən anestezik tiopental verirlər. Prosedurun qiyməti 4000 avrodur.
2020-ci ilin fevral ayından etibarən Almaniyada kommersiya məqsədli intihar artıq cinayət sayılmır. Lakin bu xidmət növü tez-tez tənqidlərlə üzləşir. Müxtəlif partiyalardan olan bir neçə parlament üzvü hazırda DGHS kimi təşkilatlar üçün qaydaları sərtləşdirmək üçün yeni qanun layihəsi üzərində işləyir.
Kessler bacıları 20 avqust 1936-cı ildə Saksoniyanın Nerxau şəhərində anadan olublar. Onlar 18 yaşında məşhur Paris kabaresi Lidoda çıxış etmək üçün dəvət alıdqdan sonra karyeraları parlayıb. 1959-cu ildə bacılar Almaniyanı Avroviziya Mahnı Müsabiqəsində təmsil ediblər və orada səkkizinci yeri tutublar.