Şəhid məzarları üzərindəki əşyaları oğurlayan yeniyetmələr saxlanıldı-FOTO/VİDEO

Şəhid məzarları üzərindəki şəxsi əşyaları oğurlayan yeniyetmələr saxlanılıb.
AzPost bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat verib.
Sabunçu rayonu Bakıxanov qəsəbəsində şəhid Səyavuş Kəlbalıyev və Fəxri Məmmədovun məzarları üzərindəki şəxsi əşyaların oğurlanması ilə bağlı polisə müraciət daxil olub.
Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 17 yaşlı Kənan Əsədli və 16 yaşlı Vüqar Quliyev saxlanılıb. Onların götürdükləri gitara, hərbi çəkmə və hərbi dəbilqə polis tərəfindən tapılıb.
Faktla bağlı araşdırma aparılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.