“Ukraynalı qaçqınlar müavinətlə yaşamamalıdır, işləməlidirlər” –Almaniya kansleri

Almaniya kansleri Fridrix Mertz Almaniyada ukraynalı qaçqınlar arasında məşğulluq səviyyəsinin son dərəcə aşağı olduğunu bildirib.

AzPost bildirir ki, o, bu açıqlamanı Almaniya İşəgötürənlər Assosiasiyasının (BDA) iclasında verib.

“Almaniyada bütün Avropa Birliyində ukraynalı qaçqınlar üçün ən aşağı məşğulluq səviyyələrindən biri bizdədir. Bəziləri üçün bu, 70-80%, bizim üçün isə hələ də 30%-dən aşağıdır. Bu, qəbuledilməzdir”, – Merts deyib.

Almaniya kansleri qeyd edib ki, əgər ukraynalı qaçqınlar işləyə bilirlərsə, onlar əsas sosial müavinətdən (Bürgergeld) yararlana bilməzlər.

Əvvəllər xəbər verildiyi kimi, Almaniya hökuməti 1 aprel 2025-ci ildən sonra ölkəyə gələn ukraynalı qaçqınlar üçün müavinətlərin azaldılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.