Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Andrey Yermak istefa verib.
AzPost bildirir ki, bu barədə prezident Zelenski açıqlama verib.
Onun sözlərinə görə, Yermək istefa ərizəsini ona təqdim edib.
Zelenski Andrey Yermakın istefasını qəbuledib. Vladimir Zelenski bildirib ki, o, öz xahişi ilə Ukrayna Prezidenti Aparatının rəhbəri vəzifəsindən istefa verib.
“Ukrayna Prezidenti Aparatının tam yenidən qurulması olacaq. Sabah Prezident Aparatının yeni rəhbəri ilə bağlı məsləhətləşmələr aparacağam”, – deyə Zelenski qeyd edib.
Qeyd edək ki, korrupsiya ittihamları ilə bağlı bu gün Yerməkn mənzilində axtarış aparılıb.
Yenilənir…