Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Doktorantların nəzərinə

User 08 Dekabr 2025 - 17:26 (Last updated: 08 Dekabr 2025 - 17:26)
Buraxılış imtahanlarının qrafiki

Buraxılış imtahanlarının qrafiki

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 23 noyabr 2025-ci il tarixində xarici dillər üzrə fəlsəfə doktoru imtahanı (dekabrın 1-də əcnəbilər üçün Azərbaycan dili imtahanı) keçirilib. 24 noyabrda isə iddiaçıların danışıq bacarıqları yoxlanılıb.

Bu barədə DİM-dən məlumat verilib.

“İmtahan iştirakçıları nəticələr, cavab kartı və yazı işlərinin vizual təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər. İddiaçılar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

189 iddiaçı xarici dillər (ingilis, alman, fransız), 1 nəfər isə Azərbaycan dili üzrə imtahanda iştirak edib.

59 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

Həm xarici dillər üzrə fəlsəfə doktoru imtahanında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Hər blok üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. İmtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir.

Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq bloklarının hər biri üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 2025-ci il 9 dekabr saat 10:00-dan 10 dekabr saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 12 dekabr 2025‑ci il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.

Bir iddiaçının ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır”, – məlumatda qeyd olunub.

AzPost.az

Post navigation

Previous: Təhsil Nazirliyinin tabeliyindəki üç qurum ləğv edilib
Next: “Məktəbdə istilik odun sobaları ilə həyata keçirilir” –

Oxşar xəbərlər

Milliön
  • Sosial

MilliÖn-dən 500 manatdan çox ödəniş edənlər üçün -Şəxsiyyət təsdiqi tələb olunacaq

User 16 Noyabr 2026 - 22:01
Pensiya
  • Sosial

Ehtiyac meyarı niyə 314 manat olmalıdır? – İqtisadçıdan hökumətə çağırış

User 16 Noyabr 2026 - 20:13
qadinlarherbi
  • Sosial

Veteranların 80 manatlıq təqaüdü artırılacaqmı? – Nazirlikdən Azpost.info-ya rəsmi cavab

User 16 Noyabr 2026 - 17:05

xƏBƏR

memur33
  • Media

Azərbaycanda QHT-lər yenidən qeydiyyata alınacaq

User 17 Noyabr 2026 - 00:23
Azərbaycanda yerli QHT-lər və xarici QHT-lərin filial və ya nümayəndəlikləri qanunvericiliyə ediləcək dəyişikliklərlə əlaqədar yenidən dövlət qeydiyyatına...
Read more about Azərbaycanda QHT-lər yenidən qeydiyyata alınacaq
İlham Əliyev Milli Dirçəliş Günü münasibəti ilə paylaşım edib ilham dircelis
  • Siyasət

İlham Əliyev Milli Dirçəliş Günü münasibəti ilə paylaşım edib

User 17 Noyabr 2026 - 00:10
Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür lenin02
  • Baş Yazı

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür

User 17 Noyabr 2026 - 00:06
Hikmət Hacıyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb hikmet qrono
  • Siyasət

Hikmət Hacıyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb

User 17 Noyabr 2026 - 00:04
Yaşlı insanlar niyə daha çox üşüyür? – araşdırma usutme
  • Maraqlı

Yaşlı insanlar niyə daha çox üşüyür? – araşdırma

User 16 Noyabr 2026 - 23:51
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.