Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • QHT

İƏGF Avrasiya Regional Mərkəzinin 15 illiyi qeyd edilib

Orkhan Ali 10 Dekabr 2025 - 12:02 (Last updated: 10 Dekabr 2025 - 12:02)
IMG-20251210-WA0019

Dünən Bakıda, “Four Seasons” hotelində Azərbaycanda təmsil olunan səfirliklər və diplomatik missiyalar, dövlət qürumları və QHT nümayəndələri, eləcə də millət vəkillərinin iştirakı ilə İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Forumu) fəaliyyətinin 15 illiyi ilə bağlı diplomatik qəbul keçirilib.

Öncə İƏGF Avrasiya Regional Mərkəzinin 15 illik fəaliyyəti dövründə İƏT məkanında gəncliyin inkişafına və beynəlxalq əməkdaşlığa verdiyi töhfələri əks etdirən videoçarx nümayiş etdirilib.

Daha sonra İƏGF Avrasiya Regional Mərkəzinin idarə heyətinin sədri Elçin Əsgərov çıxış edərək, İƏT-in ilk gənclər platformu olan İƏGF-nin 2004-cü ildə Azərbaycan hökumətinin və şəxsən prezident İlham Əliyevin dəstəyi ilə Bakıda təsis olunduğunu, Forumun Avrasiya Regional Mərkəzinin də Azərbaycan hökumətinin dəstəyilə Bakıda yaradıldığını nəzərə çatdırıb, ev sahibliyi və davamlı dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü ifadə edib.

Azərbaycan hökuməti adından çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov öz çıxışında İƏGF Avrasiya Regional Mərkəzi ilə Gənclər Sivilizasiyaların İttifaqı uğrunda, İƏT Modeli, İƏT Gənclər Paytaxtı layihələri və İƏT Gənclər Nazirləri Şurasının katibliyinin təsis olunması çərçivəsində əməkdaşlıqdan məmnunluq duyduğunu bildirərək, bundan sonra da nazirliyin Mərkəzlə əməkdaşlığa davam edəcəyini vurğulayıb.

Azərbaycanda fəaliyyət göstərən bütün diplomatik korpus adından Mərakeş krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohammed Adil Embarç təbrik nitqində 15 il ərzində qloballaşan dünyada artan risk, təhlükə və çağırışların fonunda İƏGF Avrasiya Regional Mərkəzinin İƏT ölkələri gəncliyinin inkişafına və şəbəkələşməsinə, onların liderlik bacarıqlarının artırılması işinə verdikləri töhfələri xüsusi vurğulayaraq, Mərkəzin gələcək fəaliyyətinə uğurlar arzu edib.

Tədbir çərçivəsində bu ilin dekabr ayının 6-da Bakıda keçirilmiş İƏT Xarici İşlər nazirlərinin simulyasiyasında xüsusi bacarıqları və fəallıqları ilə fərqlənmiş 9 gənc iştirakçı fərqlənmə sertifikatı və mükafatlarla təltif olunublar.

Tədbir İƏT ölkələrini təmsil edən mədəniyyət proqramı və ziyafətlə davam edib.

AzPost.az

Post navigation

Previous: TuranBank Asiya İnkişaf Bankı ilə 8 mln USD Revolver kredit sazişi imzalayıb
Next: Avropa Ukrayna üçün ayrıca təhlükəsizlik zəmanətləri imzalaya bilər –

Oxşar xəbərlər

qht mina
  • QHT

Gəncədə minadan zərərçəkənlərin iştirakı ilə amputant futbol oyunu keçirilib

User 06 Noyabr 2026 - 20:29
a01
  • QHT

“Məktəb-Valideyn Tərəfdaşlığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

User 01 Noyabr 2026 - 10:31
qht mekteb01
  • QHT

Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib

User 30 Oktyabr 2026 - 12:30

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.