User
16 Dekabr 2025 - 15:15 (Last updated: 16 Dekabr 2025 - 15:11)
Xəzər
Rusiyanın Kamçatka bölgəsində 5,0 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb. Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatsk şəhərindən 218 kilometr aralıda, 58,3 kilometr dərinlikdə yerləşib.