Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Dünya qoy bizə həsəd aparsın” –

User 18 Dekabr 2025 - 09:55 (Last updated: 18 Dekabr 2025 - 09:57)
tramp tebessum

ABŞ prezidenti Donald Tramp xalqa 20 dəqiqəlik müraciətlə çıxış edib.

AzPost bildirir ki, o, çıxışının əsas hissəsini özünü tərifinə və əvvəlki Demokrat administrasiyasının və Baydenin tənqidinə həsr edib.

Tramp çıxşında Ukraynadakı müharibə və Venesueladakı vəziyyət də daxil olmaqla xarici siyasət məsələlərinə toxunmayıb.

Tramp bildirib ki, o xaosu miras alıb  və onu qısa müddətdə həll edə bilib. Tramp Demokratların dövründə ABŞ sərhədlərinin faktiki olaraq açıq olduğunu, ölkəyə cinayətkarlar da daxil olmaqla miqrantların axın etdiyini vurğulayıb. “Amerika siyasəti ABŞ-dan görünməmiş miqyasda istifadə edən terrorçulara və digər ölkələrə xidmət edirdi. Dünya bizə gülürdü. Amma onlar artıq gülmürlər”, – deyə prezident vurğulayıb.

Tramp iddia edib ki, son aylarda ABŞ-a bir dənə də olsun qanunsuz immiqrant daxil olmayıb.

Prezident xüsusilə təhlükəsizlik məsələlərinə toxunaraq Vaşinqtonun indi əvvəlkindən daha təhlükəsiz olduğunu və administrasiyasının qaniçən narkotik kartellərinə zərbələr endirdiyini bildirib. O, həmçinin ABŞ-ın dünyanın ən güclü ordusuna sahib olduğunu vurğulayıb. Tramp səkkiz müharibəni dayandırdığını, 3000 ildə ilk dəfə Yaxın Şərqə sülh gətirdiyini və İsrail girovlarının azad edilməsində iştirak etdiyini vurğulayıb.

Çıxışının iqtisadi hissəsində Tramp vəzifəyə başlayanda inflyasiyanın son 48 ildə ən yüksək olduğunu, lakin indi qiymətlərin düşdüyünü, əmək haqqının artdığını və yeni iş yerlərinin yaradıldığını bildirib. O, xüsusilə tarifləri tərifləyərək onları “ən sevdiyi söz” adlandırıb. O, tariflər sayəsində rekord miqdarda pulun ABŞ-a geri axdığını söyləyib.

Çıxışını yekunlaşdıran Tramp Amerikaya hörmət edildiyini, ölkənin indi əvvəlkindən daha güclü şəkildə üzə çıxdığını və iqtisadi bumun astanasında olduğunu bildirib. O, qarşıdan gələn Dünya Kuboku, Olimpiya Oyunları və Müstəqillik Bəyannaməsinin 250 illiyinə hazırlıqlardan bəhs edib.

“Dünya 2026-cı ildə bizə baxanda qoy vətəndaşlarına sadiq, kimliyinə və taleyinə inamlı bir ölkə görsünlər. Bizə həsəd aparsınlar”, – deyə prezident bildirib.

AzPost.az

Post navigation

Previous: Tramp Ukraynaya 400 milyon dollarlıq hərbi büdcəni bu tarixdə imzalayacaq
Next: Türkiyədə tanınmış sənətçilər narkotik ittihamı ilə saxlanıldı

Oxşar xəbərlər

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
qaz kemeri
  • Dünya

ABŞ-ın təzyiqi ilə Türkiyə Türkmənistan qazından imtina edib

User 06 Noyabr 2026 - 20:36

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.