İran nüvə obyektlərinin vəziyyəti barədə BAEA-ya məlumat vermir

Qrossi
Qrossi

İran iyun ayında baş verən hücumlardan sonra zənginləşdirilmiş uran ehtiyatları və nüvə obyektlərinə dəyən ziyanın miqyası barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) məlumat verməyib.

Bu barədə BAEA-nın baş direktoru Rafael Qrossi RİA Novosti agentliyinə açıqlamasında deyib.

“Xeyr, agentlik İrandan heç bir hesabat almayıb”, – deyə Qrossi bildirib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.