Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Qışda avtomobil akkumulyatorunun ömrünü uzatmağın yolları

Orkhan Ali 23 Dekabr 2025 - 18:43 (Last updated: 23 Dekabr 2025 - 17:14)
2

Qış aylarında aşağı temperatur avtomobil akkumulyatorunun tutumunu əhəmiyyətli dərəcədə azaldır və mühərrikin hər işə salınması batareyadan çox enerji tələb edir. AzPost xəbər verir ki, bu barədə mütəxəssislər Lenta.ru-ya açıqlamalarında bildiriblər.

Qeyd olunub ki, şaxtalı hava, qısa məsafəli şəhərdaxili gedişlər və istilik sistemlərinin daimi işləməsi akkumulyatora əlavə yük yaradır. Akkumulyatorun texniki vəziyyəti avtomobilin soyuq havada problemsiz işə düşməsində əsas rol oynayır.

Mütəxəssislər akkumulyatorun enerji balansını qorumaq üçün vaxtaşırı uzun məsafəli səfərlərin faydalı olduğunu bildiriblər. Mühərrik işə salındıqdan sonra avtomobilin 5–10 dəqiqə ərzində boş rejimdə işləməsi, bu zaman enerji tutumlu qurğuların aktiv edilməməsi tövsiyə olunur. Havanın temperaturu -30 dərəcədən aşağı olduqda akkumulyatorun gecə vaxtı avtomobildən çıxarılaraq isti mühitdə saxlanması məqsədəuyğun hesab edilir. Mexaniki sürətlər qutusuna malik avtomobillərdə isə işə salma zamanı muftanın sıxılması məsləhət görülür.

Bildirilir ki, starteri fasiləsiz şəkildə 5–7 saniyədən artıq çevirmək olmaz. Mühərrik işə düşmədikdə təxminən bir dəqiqəlik fasilə verilməli, bundan sonra növbəti cəhd edilməlidir. Ardıcıl və tez-tez edilən cəhdlər akkumulyatorun sürətlə boşalmasına səbəb olur.

Qış mövsümünə başlamazdan əvvəl akkumulyatorun texniki vəziyyətinin yoxlanması tövsiyə edilir. Orta istismar müddəti 3–7 il arasında dəyişir. Akkumulyatorun korpusu çat və şişkinlik baxımından nəzərdən keçirilməli, klemmlərdəki gərginlik isə mühərrik söndürülmüş vəziyyətdə ölçülməlidir. 12,6–12,8 volt göstəricisi tam dolu vəziyyəti, 12,4 volt resurs itkisini, 12 volt və daha aşağı göstəricilər isə dərin boşalmanı göstərir.

Soyuq iqlim şəraiti olan bölgələr üçün istehsalçı təlimatında icazə verildiyi halda 0W və ya 5W indeksli mühərrik yağlarının istifadəsi tövsiyə olunur. Bu tip yağlar aşağı temperaturda axıcılığını saxlayır və mühərrikin işə salınmasını asanlaşdırır.

AzPost.az

Post navigation

Previous: Azərbaycanda alman əsirlərinin tikdiyi binalar
Next: Gün işığı 2-ci tip diabet zamanı qlükoza mübadiləsinə müsbət təsir göstərə bilər

Oxşar xəbərlər

bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.