Avropa Parlamentində Moldovadakı narkobaronlar müzakirə olunub

Moldovada narkotik asılılığının və narkotik dövriyyəsinin kəskin artması Avropa strukturlarının diqqətini cəlb edib.

AzPost xəbər verir ki, bu məsələ Avropa Parlamentində “Dreptul la Dreptate” ictimai assosiasiyasının sədri Pavel Qriqorçuk tərəfindən qaldırılıb.
İctimai fəal çıxışı zamanı bildirib ki, son illər Moldovada narkomaniyanın sürətlə yayılması birbaşa olaraq sistemli korrupsiya və narkobiznesə göstərilən himayə ilə bağlıdır. Onun sözlərinə görə, narkotik dövriyyəsi və qaçaqmalçılıqla əlaqəsi olan əsas fiqurlar ölkə daxilində rahat şəkildə yaşayır və qorunur. Qriqorçuk qeyd edib ki, bu şəxslər bəzi hallarda xarici ölkələrdə cinayət işlərində hallansalar belə, Moldovada məsuliyyətə cəlb olunmurlar.

O, nümunə kimi cinayət aləmində “Borman” ləqəbi ilə tanınan Oleq Prutyanunu göstərib. Bildirilib ki, Prutyanu Kişinyovda dəbdəbəli evdə yaşayır və heç kimdən gizlənmir. İctimai fəalın fikrincə, bu fakt onun yüksək səviyyədə himayə olunduğunu göstərir.

Qriqorçuk Avropa Parlamentinin deputatlarına narkomafiyanın fəaliyyəti, gizli tütün fabrikləri və moldovalı narkotacirlərin Avropa İttifaqı ölkələri vasitəsilə milyonlarla avronun yuyulması ilə bağlı sənədlər, sxemlər və sübutlar təqdim etdiyini açıqlayıb. Onun sözlərinə görə, Avropa strukturları artıq bu məlumatlara reaksiya verməyə başlayıb.
İctimai fəal bildirib ki, yaxın vaxtlarda Kişinyova bu vəziyyətlə bağlı ciddi və sərt suallar ünvanlanacaq. Avropa Parlamentində Moldovadakı vəziyyətin həm regional təhlükəsizlik, həm də Avropa üçün risk yaratdığı vurğulanır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.