Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

ABB kampaniya vədinə niyə əməl etməyib?

Orkhan Ali 13 Yanvar 2026 - 12:20 (Last updated: 13 Yanvar 2026 - 11:52)
Beynəlxalq bank

Beynəlxalq bank

ABB-nin keçirdiyi kampaniya ilə bağlı sosial şəbəkələrdə daha bir narazılıq paylaşılıb. AzPost xəbər verir ki, Ülvi Məmmədov adlı istifadəçi bankın mobil tətbiqində ona təqdim olunan “Sizə özəl kampaniya” təklifi üzrə öhdəliklərin tam yerinə yetirilmədiyini bildirir.

İstifadəçinin sözlərinə görə, ötən ilin noyabr ayında ABB tətbiqində ona “İstanbula pulsuz səyahət fürsəti qazanın” məzmunlu pop-up mesaj təqdim olunub. Kampaniya şərtlərinə əsasən, 6 yanvar 2026-cı ilədək ABB – AZAL Miles Visa Platinum və ya Mastercard Black Edition kartı sifariş edib 3 000 manat dövriyyə edən müştəri ümumilikdə 9 500 mil qazanmalı idi. Bu millərin 2 000-i xoş gəldin bonusu, 6 000-i kampaniya hədiyyəsi, 1 500-ü isə dövriyyə bonusu kimi göstərilib.

Ü.Məmmədov bildirir ki, şərtlərə uyğun olaraq tələb olunan 3 000 manat dövriyyəni tam yerinə yetirib. Lakin nəticədə əvvəlcə ona yalnız 2 000 mil təqdim olunub. Dəfələrlə ABB-nin dəstək xidmətinə müraciət etdiyini, çata yazdığını, qaynar xəttlə əlaqə saxladığını və hətta filiala gedərək məsələni üzbəüz izah etdiyini deyən istifadəçi, yalnız 15 gün sonra 6 000 milin əlavə edildiyini vurğulayır. Onun iddiasına görə, kampaniyada açıq şəkildə qeyd olunan 1 500 mil dövriyyə bonusu isə hələ də hesabına köçürülməyib.

Şikayətdə həmçinin qeyd olunur ki, bank əməkdaşları ilə ünsiyyətdə problem yaşanır və müraciətlərə baxılsa da, real həll mexanizmi tətbiq edilmir. İstifadəçi bildirir ki, son günlər xarici ölkədə muzey biletləri alarkən bəzi əməliyyatlara görə mil hesablanıb, bəzilərinə görə isə tətbiqdə ümumiyyətlə mil barədə heç bir məlumat görünməyib. Bunun hansı qaydaya əsasən baş verdiyi ilə bağlı isə müştəriyə aydın izah verilməyib.

Ü.Məmmədov paylaşımında ABB-nin əvvəllər müştəriyönümlü yanaşma ilə bağlı verdiyi vədləri xatırladaraq, mövcud vəziyyətin bu mesajlarla ziddiyyət təşkil etdiyini qeyd edir. O, bankın “kampaniya”, “bonus” və “mil” kimi təkliflərinə etibar edərək vaxt və əsəb itirməməyi tövsiyə edir və ümid edir ki, ABB rəhbərliyindən kimsə bu şikayəti görərək məsələyə ciddi yanaşılmasını təmin edəcək.

ABB tərəfindən sözügedən iddialarla bağlı hələlik rəsmi açıqlama verilməyib.

AzPost.az

Post navigation

Previous: Parkinq olduğu halda səkini “işğal” edən sürücü
Next: Ölkəyə samovar gətirmək istəyən şəxs geri qaytarıldı

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.