Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Ukraynanın sabiq Baş nazirinə ittiham irəli sürülüb –

Orkhan Ali 14 Yanvar 2026 - 12:19 (Last updated: 14 Yanvar 2026 - 12:24)
timosenko

Ukraynanın sabiq baş naziri, “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko barəsində yeni və ciddi cinayət işi gündəmə gəlib.

AzPost xəbər verir ki, yerli mediada yayılan məlumatlara görə, siyasətçi Ukrayna Cinayət Məcəlləsinin “vəzifəli şəxsə qanunsuz maddi fayda vermə” maddəsi üzrə istintaqa cəlb oluna bilər. Bu maddə üzrə maksimum cəza 10 ilədək azadlıqdan məhrumetmədir.

İstintaq prosesinin aktiv mərhələyə keçməsi fonunda Timoşenkonun rəhbərlik etdiyi “Batkivşina” Partiyasının mərkəzi ofisində, eləcə də onun şəxsi iqamətgahında hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı axtarışlar aparılıb. Ukrayna mediası bildirir ki, əməliyyatlarda Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğunun (SAP) əməkdaşları iştirak ediblər.

Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenkonun iddiasına görə, antikorrupsiya qurumları partiya ofisində demək olar ki, bütün gecə boyu işləyib. Bununla belə, rəsmi qurumlar hələlik istintaqın məhz Yuliya Timoşenkoya yönəlib-yönəlmədiyini açıq şəkildə təsdiqləməyiblər. Rəsmi açıqlamalarda yalnız parlament fraksiyalarından birinin rəhbərinin deputatların ələ alınmasında şübhəli bilindiyi qeyd olunub.

Qeyd edək ki, Yuliya Timoşenko üçün bu, hüquq-mühafizə orqanları ilə ilk qarşıdurma deyil. O, 2001-ci ildə qaz qaçaqmalçılığı ittihamı ilə həbs edilmiş və təxminən 40 gün azadlıqdan məhrum olunmuşdu. Daha sonra, 2011-ci ildə vəzifə səlahiyyətlərini aşmaqda günahlandırılan Timoşenko iki ildən artıq müddətdə həbsdə qalmışdı. Həmin iş beynəlxalq aləmdə geniş rezonans doğurmuş, Avropa qurumları prosesi siyasi motivli hesab etmişdi.

Son istintaq çərçivəsində yalnız Timoşenkonun deyil, hakim “Xalqın Xidmətçisi” Partiyasının fraksiya rəhbəri David Araxamiyanın da adının hallanması diqqət çəkir. Ukrayna mətbuatı onunla bağlı da oxşar axtarış tədbirlərinin aparıldığını yazır.

AzPost.az

Post navigation

Previous: “Unibank”n kredit portfelində istehlak kreditləri
Next: Astronomlar ulduzlarda inanılmaz kosmik aktivlik aşkar edib

Oxşar xəbərlər

tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
ktmt lideri
  • Dünya

KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək

User 08 Noyabr 2026 - 13:24
aramko
  • Dünya

Səudiyyə Ərəbistanının paytaxtında raket hücumu – “Aramco” binası zədələndi

User 08 Noyabr 2026 - 13:14

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.