Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Skandinavlar niyə vitaminləri apteklərdən almır

Orkhan Ali 16 Yanvar 2026 - 11:47 (Last updated: 16 Yanvar 2026 - 11:43)
1

Skandinaviya ölkələrində yaşayan insanların qış aylarında daha az xəstələnməsi və sərt soyuqlara dözümlü olması onların qidalanma vərdişləri ilə əlaqələndirilir. AzPost xəbər verir ki, alimlər skandinav qida rejimini Aralıq dənizi qidalanması ilə yanaşı, dünyanın ən sağlam qida modellərindən biri hesab edirlər. Günəş işığının az olduğu bu bölgədə insanlar orqanizmin ehtiyaclarını süni vitaminlər hesabına deyil, gündəlik qida ilə qarşılayırlar.

Mütəxəssislərin fikrincə, skandinav mətbəxinin əsas prinsipi sadəlik və mövsümilikdir. Yerli şəraitdə əldə olunan məhsullar immunitetin möhkəmlənməsində əsas rol oynayır. Xüsusilə yağlı dəniz balıqları bu qida rejiminin mərkəzində dayanır. Qızılbalıq, siyənək, skumbriya və treska qış aylarında əsas vitamin mənbəyi sayılır.

Bu balıqlar D vitamini ilə zəngin olduğu üçün orqanizmdə istilik balansının qorunmasına kömək edir. Həmçinin tərkibindəki faydalı yağ turşuları qan dövranını yaxşılaşdırır və əllərin, ayaqların daha az üşüməsinə şərait yaradır. Skandinavlar ekzotik meyvələr əvəzinə çuğundur, kök, şalğam və kərəviz kimi kök tərəvəzlərə üstünlük verirlər.

Bu tərəvəzlər qış boyunca faydalı maddələrini saxlayır və uzunmüddətli enerji mənbəyi hesab olunur. Orqanizm bu qidaları tədricən həzm etdiyi üçün insan daha uzun müddət özünü tox və isti hiss edir. Meşə giləmeyvələri də skandinav süfrəsinin ayrılmaz hissəsidir. Qaragilə, mərcangilə və şimal moruğu qış üçün dondurularaq saxlanılır.

Bu giləmeyvələr təbii qoruyucu maddələrlə zəngin olub, soyuq və rütubətli havalarda infeksiyalara qarşı müqaviməti artırır. Ağ çörək isə skandinav evlərində nadir hallarda istifadə olunur. Onun yerini çovdar çörəyi və bütöv dənli məhsullar tutur.

Belə qidalar bağırsaq fəaliyyətini tənzimləyir və immun sisteminin güclənməsinə kömək edir. Bundan əlavə, fermentləşdirilmiş məhsullar – turş kələm, marinad edilmiş balıq növləri – orqanizmi soyuğa hazırlayan təbii vasitə kimi qəbul olunur. Mütəxəssislər hesab edirlər ki, məhz bu qidalanma tərzi skandinavların aptek vitaminlərinə ehtiyac duymadan −30 dərəcə şaxtada belə sağlam qalmasına imkan yaradır.

AzPost.az

Post navigation

Previous: Maqnit qasırğaları geri qayıdır: kimlər çətin günlərə hazır olmalıdır
Next: “Yanlış köçürülən pulun taleyi barədə iki aydır cavab verilmir”

Oxşar xəbərlər

burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52

xƏBƏR

ilham xankendi
  • Baş Yazı

İlham Əliyev Xankəndidə -Təməlqoyma mərasimlərində iştirak edib

User 07 Noyabr 2026 - 11:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində...
Read more about İlham Əliyev Xankəndidə -Təməlqoyma mərasimlərində iştirak edib
7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir? burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
Senator Sanders İrana qarşı müharibənin pulunu kəsməyə çağırdı Super Tuesday primary election day
  • Dünya

Senator Sanders İrana qarşı müharibənin pulunu kəsməyə çağırdı

User 07 Noyabr 2026 - 11:07
ABŞ İrana qarşı 20 milyon dollar mükafat elan etdi – Vaşinqton hansı məlumatları axtarır? iran abs xerite
  • Dünya

ABŞ İrana qarşı 20 milyon dollar mükafat elan etdi – Vaşinqton hansı məlumatları axtarır?

User 07 Noyabr 2026 - 10:55
AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.