Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Mədəniyyət

Musa Yaqub “Elə təmizliklə isinmək olar” yazmışdı…

User 19 Yanvar 2026 - 21:54 (Last updated: 19 Yanvar 2026 - 21:54)
WhatsApp Image 2026-01-19 at 20.35.05

Nəzirməmməd Zöhrablı

jurnalist-publisist

Həm mahnı variantında, həm də poetik nümunələrin özünün yazılış və tələffüzündə xətaların baş verməsi adi hala çevrilib. Kimin dilinə necə yatmasından, kimin necə başa düşməsindən asılı olmayaraq bu hallar dilə və əsərin məzmununa ciddi xələl gətirməklə səciyyələnir.  Mən Azərbaycanın Xalq şairi Musa Yaqubun hələ 1971-ci ilin yanvar ayında qələmə aldığı, dillərdə əzbər olan “Ulduz tək üstümə səpələn, ey qar” şeiri üzərində aparılan cüzi dəyişikliklərin məzmuna necə təsir etdiyindən danışmaq istəyirəm. Lazım bilsəniz, sizlərin də müdaxilənizlə şeir və mahnılar üzərində bu silsiləni davam etdirərik. Yeri gəlmişkən, “Ulduz tək üstümə səpələn, ey qar” bəlkə də ən az təhrif olunan şeir parçalarından biridir. Düzdür, sosial şəbəkələrdə, tədbirlərdə, məclislərdə necə səslənməsindən asılı olmayaraq biz böyük şairimizlə məsləhətləşib şeiri mənim redaktorluğumla işıq üzü görən “İndi bildim nağıldı…” və “Gərək bu sözümü daşlara yazam” kitablarında orijinalda olduğu kimi çap etmişik. Lakin şairin qızı Yaqut xanım şeirin əlyazmasını ortaya çıxardıqdan sonra düzgün forma və məzmunu hamının diqqətinə çatdırmağı vacib bildim:

Ulduz tək üstümə

səpələn, ey qar,

Geydirdin əynimə

soyuq bir donu,

Sənin ki bu qədər

təmizliyin var,

Bağışlamaq olar

soyuqluğunu.

Ulduztək üstümə

səpələn, ey qar,

Elə təmizliklə

isinmək olar.

Özündə çox böyük, dərin məna daşıyan, başdan-başa gözəllik mücəssəməsi kimi diqqətləri çəkən bu şeir xüsusilə qışın oğlan çağında, yəni şairin elə ilhamlanaraq yazdığı yanvar-fevral aylarında oxucuların yadına düşür və onu paylaşırlar. Bəzi dostlar, insanlarsa bu poetik nümunəni yaz, yay aylarında belə gözəllik, ağappaq təmizliklə zəngin firavanlıq nümunəsi kimi xüsusilə yeni həyat quran gənclərə ünvanlayırlar. Amma əksərən “Geyindir əynimə soyuq bir donu” və “Belə təmizliklə isinmək olar” kimi təhrif edilmiş şəkildə. İndi sizlərə şeirin əsl makinada yazılmış versiyasını təqdim edəcəyəm. Yeri gəlmişkən, bu şeirin hər sətiri ayrıca bir məna sərgiləyir. Bu təhriflərsə şeirin məzmununa ilk baxışda xələl gətirmiş kimi görünmür. Məsələn, “Ulduztək üstümə səpələn, ey qar, Belə təmizliklə isinmək olar” yazanda qafiyələnməyə görə narahatlıq yaşanmasa da, əslində ikinci sətrin özündən əvvəlki sətirin izahından başqa bir şey olmadığı yəqinləşir. Amma Musa Yaqub sanki ürəyini tam boşaldaraq və özünün də içində qərq olduğu gözəllikdən zövq alaraq rahatlanmış şəkildə “Elə təmizliklə isinmək olar” – deyə sakitləşir və ən başlıcası oxucusunu da sakitləşməyə, dincəlməyə və eyni zövqü almağa dəvət edir. Şeirin hər sətiri ayrıca bir peyzaj yaradır və əgər diqqətlə fikir versəniz, hər sətiri də fərqli nüansların qabardılmasını səciyyələndirir. Təhriflər yolverilməz, müəllifə və ədəbi-mədəni dəyərlərimizə hörmətsizlikdi, dostlar! Lütfən, diqqətli olaq. Bu isə insanlığa, azərbaycançılığa xidmət edərək dünyasını dəyişmiş klassik şairimizin sadəliyini, insanpərvərliyini qoruyan kiril əlifbası ilə ilk makina variantıdır:

AzPost.az

Post navigation

Previous: Dünya şöhrətli moda brendinin sahibi Valentino vəfat edib
Next: İlham Əliyev “Carlsberg Group”un Baş icraçı direktoru ilə görüşüb

Oxşar xəbərlər

xanim
  • Mədəniyyət

Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik edib

User 26 Oktyabr 2026 - 12:57
musa02
  • Mədəniyyət

Kitab Sərgisində Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu

User 23 Oktyabr 2026 - 13:11
herrac sotb
  • Mədəniyyət

Pikassonun 4 rəsm əsəri hərraca çıxarılır: Ən bahalısı 20 milyon dollara

User 22 Oktyabr 2026 - 17:25

xƏBƏR

mikrosoft
  • Media

Microsoft 60 min əməkdaşı ixtisar edə bilər – Süni intellekt baha başa gəlir

User 27 Oktyabr 2026 - 11:48
Microsoft korporasiyasının rəhbərliyi dünya üzrə təxminən 60 min mütəxəssisi əhatə edə biləcək genişmiqyaslı könüllü işdən ayrılma proqramına...
Read more about Microsoft 60 min əməkdaşı ixtisar edə bilər – Süni intellekt baha başa gəlir
Dələduzluqda ittiham edilən şəxs zərərçəkənlə barışdı, həbsdən azad edildi rusiyamehkeme
  • Sosial

Dələduzluqda ittiham edilən şəxs zərərçəkənlə barışdı, həbsdən azad edildi

User 27 Oktyabr 2026 - 11:36
Şəkəri tənzimləməyə kömək edən 5 qida – Kişilər menyuya nə əlavə etməlidir? person measures blood sugar with glucometer
  • Sosial

Şəkəri tənzimləməyə kömək edən 5 qida – Kişilər menyuya nə əlavə etməlidir?

User 27 Oktyabr 2026 - 11:10
İlham Əliyevdən sərt mesaj – “Müstəqil ölkəyə necə yaşamağı öyrətmək istəyirlər” ilham ali forum
  • Siyasət

İlham Əliyevdən sərt mesaj – “Müstəqil ölkəyə necə yaşamağı öyrətmək istəyirlər”

User 27 Oktyabr 2026 - 11:02
Putin ABŞ-da G20 sammitində iştirak edəcək? – Kremldən açıqlama putin valday
  • Dünya

Putin ABŞ-da G20 sammitində iştirak edəcək? – Kremldən açıqlama

User 27 Oktyabr 2026 - 11:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.