Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Dələduzluqda ittiham edilən şəxs zərərçəkənlə barışdı, həbsdən azad edildi

User 27 Oktyabr 2026 - 11:36 (Last updated: 27 Oktyabr 2026 - 11:36)
rusiyamehkeme

Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası dələduzluq cinayətinə görə məhkum edilmiş şəxs barəsində zərərçəkmiş şəxslərlə barışığın əldə olunması və vurulmuş maddi ziyanın tam ödənilməsi hallarını nəzərə alaraq, azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsinə dair qərar qəbul edib.

Bu barədə APA-ya məhkəmədən bildirilib.

İşin hallarına əsasən, təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə üç nəfərin əmlakını ələ keçirməkdə ittiham olunub. Belə ki, o, yaxın münasibətdə olduğu qadının etibarından istifadə edərək maddi problemlərinin həlli məqsədilə ona məxsus qızıl-zinət əşyalarını girov qoymaq, sonradan isə geri qaytarmaq vədi verib. Lakin həmin əşyaları geri qaytarmayaraq zərərçəkmiş şəxsə ümumilikdə 57 600 manat məbləğində maddi ziyan vurub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən müdafiə tərəfi apellyasiya şikayəti verərək bəraət hökmünün çıxarılmasını xahiş edib. Apellyasiya baxışı zamanı isə alternativ olaraq zərərçəkmiş şəxslərlə barışığın əldə edilməsi və vurulmuş ziyanın tam ödənilməsi nəzərə alınmaqla cəzanın şərti tətbiq edilməsi istənilib.

Bakı Apellyasiya Məhkəməsi iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, birinci instansiya məhkəməsinin təqsirlilik barədə gəldiyi nəticəni əsaslı hesab edib. Bununla yanaşı, cəzanın fərdiləşdirilməsi baxımından əhəmiyyətli olan hallara xüsusi diqqət yetirilib.

Müəyyən edilib ki, məhkum hər üç zərərçəkmiş şəxslə barışıq əldə edib və onlara vurulmuş maddi ziyanı tam həcmdə ödəyib. Zərərçəkmiş şəxslər notariat qaydasında təsdiqlənmiş ərizələrlə məhkumla barışdıqlarını, ona qarşı hər hansı şikayət və tələblərinin olmadığını bildiriblər.

Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsaslanaraq, zərərçəkmiş şəxslərlə barışığın əldə olunmasını və vurulmuş ziyanın könüllü olaraq tam ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib.

Həmçinin məhkumun əvvəllər məhkum olunmaması, himayəsində azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınıb.

Məhkəmə vurğulayıb ki, cinayət cəzasının məqsədi yalnız şəxsin cəzalandırılması deyil, həm də sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin qarşısının alınmasıdır.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti qismən təmin edilib. Birinci instansiya məhkəməsinin hökmü dəyişdirilərək, məhkuma təyin edilmiş 5 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilib və barəsində 2 il sınaq müddəti müəyyən olunub.

Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək, o, məhkəmə iclas zalından dərhal azadlığa buraxılıb.

AzPost.az

Post navigation

Previous: Şəkəri tənzimləməyə kömək edən 5 qida – Kişilər menyuya nə əlavə etməlidir?
Next: Microsoft 60 min əməkdaşı ixtisar edə bilər – Süni intellekt baha başa gəlir

Oxşar xəbərlər

person measures blood sugar with glucometer
  • Sosial

Şəkəri tənzimləməyə kömək edən 5 qida – Kişilər menyuya nə əlavə etməlidir?

User 27 Oktyabr 2026 - 11:10
Pensiya
  • Sosial

Azərbaycanda əlilliyə görə ödəniş alanların sayı açıqlandı

User 27 Oktyabr 2026 - 10:55
DIN
  • Sosial

İtkin düşmüş 10 nəfər tapıldı, 13 dələduz saxlanıldı – DİN

User 27 Oktyabr 2026 - 10:50

xƏBƏR

mikrosoft
  • Media

Microsoft 60 min əməkdaşı ixtisar edə bilər – Süni intellekt baha başa gəlir

User 27 Oktyabr 2026 - 11:48
Microsoft korporasiyasının rəhbərliyi dünya üzrə təxminən 60 min mütəxəssisi əhatə edə biləcək genişmiqyaslı könüllü işdən ayrılma proqramına...
Read more about Microsoft 60 min əməkdaşı ixtisar edə bilər – Süni intellekt baha başa gəlir
Dələduzluqda ittiham edilən şəxs zərərçəkənlə barışdı, həbsdən azad edildi rusiyamehkeme
  • Sosial

Dələduzluqda ittiham edilən şəxs zərərçəkənlə barışdı, həbsdən azad edildi

User 27 Oktyabr 2026 - 11:36
Şəkəri tənzimləməyə kömək edən 5 qida – Kişilər menyuya nə əlavə etməlidir? person measures blood sugar with glucometer
  • Sosial

Şəkəri tənzimləməyə kömək edən 5 qida – Kişilər menyuya nə əlavə etməlidir?

User 27 Oktyabr 2026 - 11:10
İlham Əliyevdən sərt mesaj – “Müstəqil ölkəyə necə yaşamağı öyrətmək istəyirlər” ilham ali forum
  • Siyasət

İlham Əliyevdən sərt mesaj – “Müstəqil ölkəyə necə yaşamağı öyrətmək istəyirlər”

User 27 Oktyabr 2026 - 11:02
Putin ABŞ-da G20 sammitində iştirak edəcək? – Kremldən açıqlama putin valday
  • Dünya

Putin ABŞ-da G20 sammitində iştirak edəcək? – Kremldən açıqlama

User 27 Oktyabr 2026 - 11:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.