Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Dünyada qanunu güclünün hüququ əvəz edir –

User 20 Yanvar 2026 - 09:55 (Last updated: 20 Yanvar 2026 - 09:56)
erdoqan nato mk

Müasir dövrün problemləri daha da dərinləşir və onlara yeni çağırışlar əlavə olunur. Dünya münasibətlər sistemində qanunun gücünü güclünün hüququ əvəz edir.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasının yekunlarına dair keçirilən brifinqdə deyib.

O, Rusiya–Ukrayna müharibəsinə diqqət çəkərək bildirib ki, gələn ay minlərlə insanın həyatına son qoymuş qanlı qarşıdurmanın beşinci ili başlayır. “Davam edən səylərə baxmayaraq, barışığa aparan yol hələ də tapılmayıb”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Dövlət başçısı, həmçinin yeni sınaqlarla müşayiət olunan qarşıdurmaların baş verdiyi İrandakı vəziyyətə də toxunub.

“İranda həyata keçirilməyə çalışılan ssenarini diqqətlə izləyirik. İnanırıq ki, qonşumuz bu günləri geridə qoyacaq. Türkiyə hadisələrin əvvəlindən problemlərin həll yolunun danışıqlar masasından keçdiyi mövqeyini prinsipial şəkildə müdafiə edir. Bütün maraqlı tərəfləri diplomatik rıçaqlardan istifadə etməyə çağırırıq”, – deyə o bildirib.

R.T.Ərdoğan Suriyadakı vəziyyətə də münasibət bildirib. “Türkiyə 8 dekabr inqilabının nailiyyətlərini möhkəmləndirmək üçün səylərini əsirgəmir. 13,5 illik zülm və yüz minlərlə suriyalının həyatına son qoymuş qarşıdurmadan sonra tarixi fürsət yaranıb. Suriya suriyalılara məxsusdur”, – deyə Türkiyə Prezidenti xüsusi vurğulayıb və qonşu ölkənin birliyi və ərazi bütövlüyünün əhəmiyyətini qeyd edib.

“Suriyanın sabitliyi bütün regionun rifahı üçün son dərəcə vacibdir”, – deyə Prezident əlavə edib və bildirib ki, Türkiyənin yerləşdiyi regionda terrorizm dövrü artıq başa çatıb./Azərtac/

AzPost.az

Post navigation

Previous: Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarəti ilə bağlı video paylaşıb
Next: Müsbət düşüncə peyvəndin effektivliyini artıra bilər

Oxşar xəbərlər

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
qaz kemeri
  • Dünya

ABŞ-ın təzyiqi ilə Türkiyə Türkmənistan qazından imtina edib

User 06 Noyabr 2026 - 20:36

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.