Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Kürdlər daha ABŞ-ın müttəfiqi deyil, Suriya əsas məsələdir” –

User 21 Yanvar 2026 - 17:04 (Last updated: 21 Yanvar 2026 - 17:04)
suriya muxa
“ABŞ hazırkı şərtlərdə kürdlər üçün ən uyğun şəraiti yaradıb. Sadəcə kürdlər çox arxayın idilər. Elə bilirdilər ki, Amerika bunlara hər şey verəcək”.
AzPost bildirir ki, bu sözləri Yaxın Şərq üzrə ekspert Kənan Rövşənoğlu Suriyanın şimal-şərqində baş verənləri şərh edərkən vurğulayıb.
Ekspertin sözlərinə görə, ABŞ hökuməti kürdlər və Dəməşq arasında saziş imzaladıb. Sazişə əsasən kürdlər bəzi statuslar əldə etdilər: Kürd dili rəsmi dövlət dili oldu, kürd bayramları, Novruz rəsmi dövlət bayramı oldu. Həmçinin kürdlər yaşayan vilayətlərdə dövlət məmurları kürd əsilli şəxslər olacaq, SDF Suriya ordusuna inteqrasiya ediləcəkdi:
“Kürdlər isə buna etiraz etdilər. Əvəzində yenə də Vaşinqtonun razılığı ilə Suriya ordusu Hasake ətrafına qədər irəlilədilər. Hazırda 4 günlük atəşkəs elan olunub”.
K. Rövşənoğlunun sözlərinə görə, 24 min İŞİD üzvü və ailələrinin saxlandığı əl-Holl düşərgəsi Suriya hökumətinin nəzarətinə keçib. İŞİD üzvlərinin saxladığı digər həbs düşərgəsindən 1400 nəfər qaçıb.
“Kürd liderləri yazır ki, Amerika bizi aldatdı. Amma elə deyil, Amerika hazırkı şərtlərdə kürdlər üçün ən uyğun şəraiti yaradıb. Sadəcə kürdlər çox arxayın idilər və elə bilirdilər ki, Amerika bunlara hər şey – indi muxtariyyət, sonra isə müstəqillik verəcək”-deyə o vurğulayıb.
Ekspertin fikrincə, ABŞ böyük dövlətdir, belə məsələlərə öz maraqları çərçivəsindən baxır: “Kürdlər 2014-2019-cu illərdə, hətta 2024-cü ilə qədər ABŞ üçün orda ən yaxın müttəfiq idi. Amma 2024-cü ilin dekabrında hər şey dəyişdi. İndi Suriya hakimiyyəti ABŞ-ın müttəfiqidir. Üstəlik, indi Amerika üçün Livan və ümumiyyətlə, bölgədə möhkəmlənməsi üçün Əhməd əş-Şaraya yol açmaq lazımdır. İkinci tərəfdən, Türkiyə ABŞ-dan kürd məsələsində gözə gorünən addım atmaq tələb edirdi”.
K. Rövşənoğlunun sözlərinə görə, kürdlər dəyişən reallığı qavraya bilmədilər: “Trampın Suriya elçisi Barrak acıq şəkildə dedi ki, artıq kürdlər bizim üçün vacib müttəfiq deyil, onların işini Suriya hökuməti görür. Əgər kürdlər daha da inad etsələr, yəqin ki, Hasakenində itirəcəklər. Ümumiyyətlə, isə ABŞ kürdlərin Suriya dövlətinə inteqrasiya olunmasını istəyir”.
Ekspertin fikrincə, “kürd planı”na tam olaraq son  qoyulmayıb. Sadəcə bu mərhələdə kürdlərə “bununla kifayətlənin” deyilir. “Razılaşmaya əmək etsəydilər daha yumşaq bir keçid olacaqdı. Amma indi gərginlik artacaq. Xüsusilə də Türkiyə daxilində PKK ilə barışıq prosesi ciddi şəkildə zədələnmiş olacaq”.

AzPost.az

Post navigation

Previous: “Putin Ukrayna ilə sülh müqaviləsi bağlamaq istəyir” –
Next: “Azərşəkər”in sabiq rəhbərinin məhkəməsi başlayıb

Oxşar xəbərlər

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
qaz kemeri
  • Dünya

ABŞ-ın təzyiqi ilə Türkiyə Türkmənistan qazından imtina edib

User 06 Noyabr 2026 - 20:36

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.