Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Dietoloqlar qanda şəkərin stabil qalması üçün ən yaxşı səhər içkisini açıqlayıblar

Orkhan Ali 05 Fevral 2026 - 07:00 (Last updated: 04 Fevral 2026 - 23:52)
çay

çay

Günə düzgün içki ilə başlamaq qanda şəkərin səviyyəsini stabilləşdirməyə və enerji balansını qorumağa kömək edə bilər. Xüsusilə insulinə davamlılıq və ya diabet problemi olan insanlarda səhər saatlarında qlükoza səviyyəsi qeyri-sabit ola bilər. AzPost EatingWell-ə istinadla xəbər verir ki, mütəxəssislər səhər üçün ən optimal içkinin yaşıl çay olduğunu bildiriblər.

Dietoloqların sözlərinə görə, bəzi içkilər qanda şəkərin kəskin yüksəlməsinə səbəb olduğu halda, digərləri bu artımı yumşaldır və orqanizmin insulinə həssaslığını dəstəkləyir. Bu baxımdan yaşıl çay bioloji aktiv maddələrlə zəngindir və qlükozanın tənzimlənməsində mühüm rol oynaya bilər.

Qeydiyyatdan keçmiş dietoloq Karolina Nemarko bildirib ki, xüsusilə şəkər səviyyəsində dalğalanma yaşayan şəxslərə səhəri yaşıl çayla başlamağı tövsiyə edir. Onun sözlərinə görə, yaşıl çay antioksidantlarla zəngindir və qanda qlükozanın daha stabil qalmasına yardım göstərə bilər.

Mütəxəssislər yaşıl çaydan əlavə, səhər saatlarında şəkər balansına müsbət təsir edən digər içkiləri də qeyd ediblər. Şəkərsiz qara qəhvənin orta miqdarda qəbulu insulinə həssaslığı artıra bilər, lakin ona şəkər və ya süni dadlandırıcılar əlavə edilməməlidir. Həmçinin ilıq limonlu su aşağı kalorili seçim olaraq orqanizmi oyadır və şəkərdə kəskin dəyişiklik yaratmadan maddələr mübadiləsini dəstəkləyə bilər.

Dietoloqlar vurğulayırlar ki, təkcə içki kifayət etmir və qanda şəkərin nəzarətdə saxlanması üçün balanslı səhər yeməyi də vacibdir. Liflə zəngin məhsullar, zülallar və faydalı yağlarla birlikdə qəbul edilən düzgün içkilər ən yaxşı nəticəni verə bilər.

Qidalanma mütəxəssisi Cessi Levin isə qeyd edib ki, səhər içkiləri ümumi qidalanma pSet featured imagelanının bir hissəsidir və onların təsiri gün ərzində qəbul edilən qidalarla birgə daha effektiv olur.

AzPost.az

Post navigation

Previous: Mütəxəssis xəstəlikdən sonrabunu mütləq dəyişməyi tövsiyə edib
Next: Qışın immunitetə zərbəsi

Oxşar xəbərlər

oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.