Revmatoid artritin başlanğıcını göstərən qeyri-aşkar əlamət açıqlanıb

Daimi yorğunluq revmatoid artritin ilkin əlamətlərindən biri ola bilər. Kliniki farmakoloq Aleksandr Bıkovun sözlərinə görə, bu simptom çox vaxt diqqətdən kənarda qalır və digər səbəblərlə əlaqələndirilir. AzPost Gazeta.ru-ya istinadla xəbər verir ki, mütəxəssis revmatoid artritin sistem xəstəlik olduğunu və immun sisteminin orqanizmin öz toxumalarına, xüsusilə də oynaqlara qarşı hücum etməsi ilə xarakterizə edildiyini bildirib.

Cəmiyyətdə revmatoid artritin əsasən yaşlı insanlarda rast gəlindiyi düşünülür. Lakin statistik məlumatlara görə, xəstəliyin ən çox qeydə alındığı dövr insanların peşəkar və sosial baxımdan ən aktiv olduğu 40–55 yaş aralığıdır.

Xəstəlik zamanı orqanizmdə gedən iltihabi proseslər təkcə oynaqlarla məhdudlaşmır. Bu proseslər bədən temperaturunun yüksəlməsi, ümumi halsızlıq və davamlı yorğunluq kimi ümumi simptomların yaranmasına səbəb olur.

Mütəxəssislər qeyd edirlər ki, revmatoid artriti tamamilə müalicə etmək hazırda mümkün deyil. Bununla belə, xəstəlik vaxtında aşkarlanıb müalicəyə erkən başlanıldıqda onun gedişinə nəzarət etmək və xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq mümkündür.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.