Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Prokuror sabiq idarə rəisi, sayt rəhbəri və sabiq DSK sədrinə cəza tələb edib

User 10 Fevral 2026 - 11:38 (Last updated: 10 Fevral 2026 - 12:07)
xəbərdarlıq edilib

xəbərdarlıq edilib

Yarım milyondan çox dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri, “Bakutime.az” saytının təsisçisi Zaur Mirzəzadə və Balakən dairə seçki komissiyasının sabiq sədri Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

AzPost APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, təqsirləndirilən Rasim İldırımzadə, Zaur Mirzəzadə və Qoşqar Məmmədovun 12 il müddətinə azadlıqdan məhrum edilmələrini və məhkəmə zalından həbs olunmalarını təklif edib. Prokuror əlavə edib ki, təqsirləndirilən şəxslər cəzalarını ciddi rejimdə çəkməlidirlər.

Zərərçəkənin vəkili dövlət ittihamçısının çıxışı ilə razılaşıb və onların verdiyi mülki iddanın təmin olunmasını xahiş edib. Qeyd olunub ki, tərəflər arasında barışıq olmayıb. Vəkil bildirib ki, zərərçəkən Qurban Piriyev ona təklif olunan 10 min manatı qəbul etməyib.

Müdafiə vəkilləri çıxış üçün vaxt istəyib.

Növbəti proses fevralın 24-nə təyin edilib.

Qeyd edək ki, Rasim İldırımzadə, Zaur Mirzəzadə və Qoşqar Məmmədov əlbir olaraq Qurban Piriyevə qarşı 504 min manatdan artıq dələduzluq etməkdə təqsirləndirilirlər. Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, Zaur Mirzəzadə daha əvvəl bir qrup şəxslə birgə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəzadəyə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Qərara əsasən, Zaur Mirzəzadə 5 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib. Ali Məhkəmədə keçirilən iclasda isə həmin qərar ləğv edilib və iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Bakı Apellyasiya məhkəməsi qərarı dəyişdirib. Zaur Mirzəzadəyə bəraət verilib və o, məhkəmə zalından azad edilib.

Digər təqsirləndirilən Qoşqar Məmmədov başqa epizod üzrə Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda o azadlıqdadır.

AzPost.az

Post navigation

Previous: Makron Avropanın Rusiya ilə dialoqunu bərpa etməyi təklif edib
Next: İrşad Electronics mənə nasaz məhsul satıb

Oxşar xəbərlər

Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44

xƏBƏR

aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
Azərbaycan teatr və kino sənətinə ağır itki üz verib. Əməkdar mədəniyyət işçisi, tanınmış aktyor Aslan Fətullayev 70...
Read more about Tanınmış aktyor Aslan Fətullayev vəfat edib
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü ermeni hebs oldu
  • Dünya

Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü

User 10 Noyabr 2026 - 13:46
Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
Diplomlu gənclər niyə iş tapa bilmir? – Diplom var, iş yoxdur / TƏHLİL issizlik
  • Baş Yazı

Diplomlu gənclər niyə iş tapa bilmir? – Diplom var, iş yoxdur / TƏHLİL

User 10 Noyabr 2026 - 13:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.