“Mədəni İnkişafın Təbliği” ictimai birliyi yeni layihənin icrasına başlayıb

“Mədəni İnkişafın Təbliği” İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə yardımı ilə “Mədəniyyət sahələri üzrə ümumi qrant müsabiqəsi” daxilində   Maarifləndirici təşəbbüslər çərçivəsində “Dəyərlərimiz – vəhdətimiz: Multikulturalizm” layihəsinin icrasına başlayıb. 
AzPost-a bu barədə “Mədəni İnkişafın Təbliği” İctimai Birliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, layihənin əsas məqsədi  Azərbaycanda mövcud olan multikulturalizm, tolerantlıq ənənəsini təbliğ edib tanıtmaqdır.

Layihə çərçivəsində “Multikulturalizm: Nəzəriyyə, beynəlxalq təcrübə və azərbaycan modeli” adlı kitabın yazılması, ingilis dilinə tərcüməsi, çapı və təqdimatı nəzərdə tutulmuşdur. Kitab iki dildə (azərbaycan və ingilis dillərində) çap olunacaq.
Kitabın təqdimatında, həmçinin, Azərbaycanın tanınmış simaları, ziyalılar, şair və yazıçılar iştirak edəcək.
Məlumat üçün qeyd edək ki, layihənin icrasının 3 ay (01.02.2026-31.04.2026)  müddətində Bakı və Sumqayıt şəhərlərində həyata keçirilməsi nəzərdə tutulub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.