Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • Gündəm

Ermənistanı qarışdıran azərbaycanlılar kimlərdir?

Orkhan Ali 20 Fevral 2026 - 12:20 (Last updated: 20 Fevral 2026 - 12:04)
1

İki azərbaycanlının Ermənistanda sərbəst gəzməsi, Şirak bölgəsinə, Gümrüyə, daha sonra Amasiyaya getməsi və videoçəkiliş aparması ermənilər arasında təşviş dolu müzakirələrə səbəb olub.

AzPost Publika.az-a istinadla xəbər verir ki, videoçəkiliş aparan azərbaycanlılar əslən Amasiyadan olduqlarını, burada babalarının evlərinin olduğunu bildirirlər. Qeyd ediblər ki, tezliklə öz yurdlarına qayıdacaqlar. Onlar Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın nəslindəndir.

Azərbaycanlılar Amasiyada erməni patrullarla da söhbət edir. Yerli sakinlər azərbaycanlıları gördüklərini, lakin onların kim olduğunu bilmədiklərini deyir. Şahidlərin sözlərinə görə, azərbaycanlılar bir neçə gün kəndləri gəzib, yeyib-içiblər.

“Hraparak” nəşri iddia edir ki, heç bir patrul, yaxud digər hüquq-mühafizə orqanları azərbaycanlıların kimliyini müəyyən etmək və ya səfərlərinin məqsədini aydınlaşdırmaqla bağlı heç bir tədbir görməyib.

Erməni sakinlər nəşrə danışaraq iddia ediblər ki, azərbaycanlılar tezliklə dədə-baba yurdlarına qayıdacaqlarını bildiriblər.

Ermənistan Daxili İşlər nazirliyi və Milli Təhlükəsizlik Xidmətinin məsələ ilə bağlı açıqlama verməməsi də ermənilər arasında əsas müzakirə mövzularından biridir.

Amasiya meri Cemma Harutyunyan isə bildirib ki, Milli Təhlükəsizlik Xidməti hər şeyi nəzarət altında saxlayır.

“İki azərbaycanlı Rusiya vətəndaşıdır, onların avtomobillərində Rusiya nömrə nişanları olub. Buna görə də polis Rusiya vətəndaşına qarşı heç bir tədbir görməyib. Həmin azərbaycanlılar sakinlərlə söhbət etməyib, sadəcə əraziyə baxıb, foto çəkib və gediblər. Həmin azərbaycanlılar Gümrüdə də olublar, restorana gediblər, sonra Amasiyaya gəliblər”, – Amasiyanın meri qeyd edib.

Azərbaycanlıların Ermənistana səfəri əslində öz dədə-baba yurdlarına baş çəkməsidir.

AzPost.az

Post navigation

Previous: 34 il əvvəl Ağdərədə itkin düşmüş hərbçi Mehriban Qarayeva dəfn edilib
Next: ABŞ Venesueladan 50 milyon barel neft alıb

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.