Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Xarici İşlər Nazirliyi iftar süfrəsi açıb

User 24 Fevral 2026 - 21:58
xin iftar

24 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri üçün Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş iftar tədbirində iştirak və çıxış edib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, nazir Ceyhun Bayramov çıxışında müqəddəs Ramazan ayının başlanması münasibətilə təbriklərini çatdırıb, ölkəmizə və dünyamıza sülh, əmin-amanlıq arzu edib.

İslam dünyasını bir-birinə bağlayan bu müqəddəs ayın yüksək mənəvi dəyərləri aşıladığı vurğulanıb.

Azərbaycan cəmiyyətinin milli-mənəvi dəyərlərində, o cümlədən müxtəlif icmaların nümayəndələrinin sülh içində birgə yaşayış təcrübəsində İslam dininin və Ramazan ayının xüsusi yeri və rolundan bəhs olunub.

Azərbaycanın, sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşən ölkə olaraq, multikulturalizm və dinlərarası harmoniyanı dövlət siyasətinin əsas sütunları kimi beynəlxalq səviyyədə təşviq etdiyi xatırlanıb.

Bununla belə, bir sıra ölkələrdə İslam dininə qarşı çevrilən diskriminasiya, islamofobiya meylləri, müsəlman aləmində baş verən münaqişələr nəticəsində yaranan qeyri-stabilliyin narahatlıq doğurduğu diqqətə çatdırılıb. İslam dünyasındakı birlik və həmrəyliyin bu kimi çağırışlarla mübarizədə əhəmiyyəti vurğulanıb.

Çıxışda həmçinin Yaxın Şərqdə vəziyyətə, xüsusilə Qəzzada davam edən humanitar böhranlara diqqət çəkilib, münaqişənin sülh yolu ilə həllinin vacibliyi qeyd olunub.

Daha sonra, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun duayeni, Mərakeş Krallığının ölkəmizdəki səfiri Adil Embarş çıxış edərək, Ramazan ayı münasibətilə təbriklərini diqqətə çatdırıb.

Sonda, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Ceyhun Rüstəmov tərəfindən iftar duası oxunub, tədbir iştirakçıları üçün iftar süfrəsi açılıb.

 

AzPost.az

Post navigation

Previous: İran Prezidenti Ermənistanın müdafiə naziri ilə görüşüb
Next: İsrail İrana qarşı yeni regional ittifaq yaratmaq üzərində işləyir

Oxşar xəbərlər

rus liman
  • Katogriyasız

Rusiyanın ən böyük limanı PUA-larla vuruldu- Yanğın başladı, yaralılar var

User 11 Noyabr 2026 - 10:34
erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41

xƏBƏR

sehra qum
  • Maraqlı

Qum təpələrinin sirri açıldı – Marsın və Yerin keçmiş iqlimi araşdırılır

User 18 Noyabr 2026 - 10:31
Qum təpələri milyonlarla, hətta milyardlarla il əvvəl Yer kürəsində və Marsda küləklərin nə qədər güclü olduğunu alimlərə...
Read more about Qum təpələrinin sirri açıldı – Marsın və Yerin keçmiş iqlimi araşdırılır
Putin və Çin rəhbəri arasında danışıqlar başlayıb putin cin
  • Dünya

Putin və Çin rəhbəri arasında danışıqlar başlayıb

User 18 Noyabr 2026 - 10:16
Süni intellektlə dostluq insanları daha da tənha edir? – Alimlər təhlükədən danışdı suni intelekt is
  • Maraqlı

Süni intellektlə dostluq insanları daha da tənha edir? – Alimlər təhlükədən danışdı

User 18 Noyabr 2026 - 10:14
Hər gün yumurta yemək təzyiqi yüksəldir? – Alimlərdən açıqlama Yumurta
  • Maraqlı

Hər gün yumurta yemək təzyiqi yüksəldir? – Alimlərdən açıqlama

User 18 Noyabr 2026 - 10:07
Ramiz Mehdiyev ona verilmiş cəzadan narazıdır – Şikayət verdi ramiz
  • Sosial

Ramiz Mehdiyev ona verilmiş cəzadan narazıdır – Şikayət verdi

User 18 Noyabr 2026 - 10:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.