Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Zehni dayanıqlığı gücləndirən 8 məşğuliyyət

Orkhan Ali 26 Fevral 2026 - 13:05 (Last updated: 26 Fevral 2026 - 07:28)
_109755254_hitlerinevi

Gündəlik bəzi məşğuliyyətlər zehni dayanıqlığı psixoloq qəbuluna getmək qədər gücləndirə bilər. AzPost RBK-Ukrayna-ya istinadla xəbər verir ki, mütəxəssislər beynin davamlılığını artıran və demək olar ki, xərc tələb etməyən səkkiz məşğuliyyəti açıqlayıblar.

Mütəxəssislərin sözlərinə görə, bu fəaliyyətlər beyində yeni sinir əlaqələri yaradır, gərginlik hormonunun səviyyəsini azaldır və insanın çətinlikdən sonra yenidən ayağa qalxmaq bacarığını möhkəmləndirir.

Gündəlik yazmaq düşüncələri nizama salmağa kömək edir. Fikirləri kağıza köçürmək daxili qarışıqlığı azaldır, təşviş və ruh düşkünlüyü əlamətlərini zəiflədir, hadisələrə kənardan baxmaq imkanı yaradır.

Qaçış və ya piyada gəzinti isə həm bədəni, həm də zehni möhkəmləndirir. Mütəmadi hərəkət gərginliyi azaldır, əhvali-ruhiyyəni yaxşılaşdırır və problemlərə daha yaradıcı yanaşmağa şərait yaradır.

Bağçılıq səbir və gözləməyi öyrədir. Bitkilərə qulluq etmək, təbiətlə təmasda olmaq insanın daxili sakitliyini artırır və ruh düşkünlüyü riskini azaldır.

Musiqi alətində ifa etməyi öyrənmək isə intizam və davamlılıq yaradır. Araşdırmalar göstərir ki, yeni alət öyrənmək beynin elastikliyini artırır və uğursuzluqlardan sonra toparlanma qabiliyyətini gücləndirir.

Şəkil çəkmək diqqəti indiki ana yönəldir. Ətrafda gözəllik axtarmaq təşvişli fikirlərin azalmasına və hadisələrə daha müsbət baxışın formalaşmasına kömək edir.

Yeməyi sıfırdan hazırlamaq uyğunlaşma bacarığını inkişaf etdirir. Mətbəxdə yaranan xırda çətinliklərə həll tapmaq gündəlik həyatda da çevik qərar verməyi öyrədir.

Sakit oturuş və nəfəs məşqləri zehni tarazlığı bərpa edir. Müntəzəm nəfəsə diqqət yetirmək emosiyaları idarə etməyə və gərgin anlarda özünü ələ almağa kömək göstərir.

Könüllü fəaliyyət isə insana daha geniş baxış qazandırır. Başqalarına yardım etmək həyat məmnunluğunu artırır və şəxsi çətinlikləri daha real miqyasda görməyə imkan verir.

Mütəxəssislər bildirirlər ki, zehni dayanıqlıq anadangəlmə xüsusiyyət deyil, məşq nəticəsində formalaşan bacarıqdır. Hər bir insan bu məşğuliyyətlərdən birini seçərək kiçik addımlarla başlaya və zamanla daha möhkəm psixoloji dayağa sahib ola bilər.

AzPost.az

Post navigation

Previous: Sabaha olan hava proqnozu
Next: Ayın işıq mənbəyi olmadığı nə zaman kəşf edilib?

Oxşar xəbərlər

bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.