Şəhid olmuş sərhədçimiz Zərdabda dəfn olundu

Erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan hərbçisi dəfn edilib.

Şəhid İbrahim Vəliyev Zərdabın Gəlmə kənd qəbiristanlığında torpağa tapşırılıb. 

Dəfn mərasimində Dövlət Sərhəd Xidmətinin zabitləri, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər. 

**

Erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan hərbçisi ilə vida mərasimi keçirilir.

Şəhid İbrahim Vəliyevin cənazəsi yaşadığı Zərdab rayonuna gətirilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Şəhid bu gün Zərdabın Gəlmə kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törədiblər. Etmənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqa­mətin­dəki sərhəd döyüş məntə­qəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb. Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub.(APA)

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir