Rza Pəhləvi ABŞ-da Trampın qatılacağı konfransda çıxış edəcək

 İranın sonuncu şahının oğlu Rza Pəhləvi ABŞ-a dəvət olunub.

Azpost.info bildirir ki, Rza Pəhləvi nufuzlu Mühafizəkar Siyasi Fəaliyyət Konfransında (CPAC) spiker kimi çıxış edəcək.

Bu barədə CPAC-ın rəsmi açıqlamasında deyilir.

“İranın Vəliəhd Şahzadəsi Rza Pəhləvi 25-28 mart tarixlərində Texas ştatında keçiriləcək CPAC USA 2026-da spiker kimi təsdiqlənib”-deyə məlumatda bildirilir.

Qeyd edək ki, Mühafizəkar Siyasi Fəaliyyət Konfransı ABŞ-ın hər tərəfindən gələn mühafizəkar fəallar və rəsmilərin iştirak etdiyi illik siyasi konfransdır. CPAC Amerika Mühafizəkarlar Birliyi (ACU) tərəfindən təşkil olunur. İlk CPAC 1974-cü ildə keçirilib.

Konfransa məşhur siyasi xadimlər qatılır.

2021-2025-ci illərdə keçiirlmiş Konfranslarda ABŞ-ın hazırkı prezidenti Donald Tramp əsas məruzəçi olub.

2021-ci ildə baş tutmuş tədbirdə məruzəçilər arasında Tramp, Macarıstanın Baş naziri Viktor Orban olub.

2024-cü ildəki Konfransa Tramp, Britaniyanın keçmiş Baş naziri Liz Trass, Argentianın hazırkı prezidenti Xavyer Miley, senatorlar və Konqres üzvləri var idi. 2025-ci il konfransında çıxış edənlər arasında Donald Tramp, J.D. Vens, Liz Trass və Elon Mask olub.

Bu il də ABŞ prezidenti Trampın Konfransda iştirak gözlənilir.

Amerika Mühafizəkarlar Birliyi (ACU) mühafizəkar siyasətləri müdafiə edənAmerika siyasi təşkilatıdır. 18 dekabr 1964-cü ildə təsis edilən bu təşkilat özünü ABŞ-ın ən qədim aktiv mühafizəkar lobbi təşkilatı adlandırır. ACU şəxsi azadlıq və ənənəvi dəyərlər kimi məsələlərə diqqət yetirir və bunları mühafizəkarlığın əsasları kimi müəyyən edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.