“İran xalqının küçələrə çıxıb-çıxmayacağını demək tezdir” –Netanyahu

İran daxilində baş verə biləcək proseslər hələ qeyri-müəyyəndir.

APA xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu mətbuat konfransında bildirib.

“İran xalqının yaranmış şəraitdən istifadə edib küçələrə çıxıb-çıxmayacağını demək tezdir. Biz bunun üzərində işləyirik və buna ümid edirik, amma sonda hər şey onların özündən asılı olacaq”, – hökümət başçısı vurğulayıb.

Baş nazir qeyd edib ki, İranın cavab zərbələri davam edir:

“İran bizə zərbələr endirməyə çalışır, bu, zərərə və itkilərə səbəb olur. Lakin bu hücumların miqyası gözlədiyimizlə müqayisə oluna bilməz, çünki onların imkanlarının böyük hissəsi artıq məhv edilib. Biz SEPAH qüvvələrinin minimum səviyyəyə endirilməsinə nail olacağıq”.

Netanyahu bildirib ki, iki həftə əvvəl İsrail ordusu və “Mossad”a birgə fəaliyyət tapşırığı verib:

“Tapşırdım ki, SEPAH nümayəndələri bilsin, biz onları şəhərlərin daxilində belə təqib edəcəyik. Bu tapşırıqlar yerinə yetirildi. Onların qorxu içində qaçdığını görmək olar”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.