Fransa ABŞ-ı “təəccüblü və qeyri-müəyyən müttəfiq” adlandırıb

Fransa ordusunun baş qərargah rəisi Mandon bildirib ki, ABŞ gözlənilməz müttəfiqə çevrilib və bu, Fransanın təhlükəsizliyinə və maraqlarına təsir göstərir.

Azpost.info bildirir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

“Müttəfiq olan, lakin getdikcə gözlənilməz hala gələn və hərbi əməliyyatlara başlamaq qərarları barədə bizə məlumat verməyə belə əhəmiyyətsiz sayan Amerika bizi təəccübləndirir”-deyə o vurğulayıb.

Mandon deyib ki, NATO-nun 5-ci maddəsinə istinad edən amerikalıların xahişi ilə Fransa Əfqanıstana müdaxilə edib. ABŞ isə Parisə xəbər vermədən qoşunlarını geri çəkmək qərarına gəldilər.

“Onlar bizə xəbər vermədən Yaxın Şərqə müdaxilə etmək qərarına gəldilər”, – deyə Mandon deyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.