Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Tramp ABŞ-a dəstək verməyən NATO ölkələrini cəzalandırmağı düşünür

User 09 Aprel 2026 - 11:59 (Last updated: 09 Aprel 2026 - 11:59)
tramp hede

Tramp NATO ölkələrini İranla savaşa dəstək vermədiklrinə görə cəzalandırmağı düşünür.

Azpost.info bildirir ki, İranla atəşkəs müqaviləsi imzalandıqdan 24 saatdan az müddət sonra ABŞ prezidenti Donald Tramp yenidən Tehranı təhdid edir. O, “Truth” platformasındakı paylaşımında yazıb: “Əsl razılaşma olmadan döyüşlər indiyə qədər heç kimin görmədiyindən daha pis olacaq. Bütün gəmilərimiz, təyyarələrimiz və qoşunlarımız, sursatımız və onsuz da zəifləmiş düşməni məhv etmək üçün lazım olan hər şeylə, razılaşma tam tətbiq olunana qədər İranda və ətrafında yerlərində qalacaqlar.”

Tramp vurğulayıb ki, “əgər bu baş verməsə – ehtimal olduqca aşağıdır – atışma daha geniş və intensiv şəkildə başlayacaq.” O, əlavə edib ki, ABŞ geri qayıdıb və növbəti əməliyyata hazırdır.

Fransa prezidenti Emmanuel Makron atəşkəsi Tramp və İran prezidenti ilə müzakirə etdiyini və razılaşmadan məmnun olduğunu bildirib. “Ümid edirəm ki, atəşkəs Livan da daxil olmaqla, münaqişənin bütün tərəfləri tərəfindən tam şəkildə hörmət ediləcək. Bu, etibarlı və davamlı sülh üçün zəruri şərtdir”,-deyə Makron vurğulayıb. O əlavə edib ki, istənilən razılaşma İranın nüvə və raket proqramlarını, eləcə də regional siyasətini və Hörmüz boğazı üzərində nəzarətini nəzərə almalıdır.

Eyni zamanda, BMT-nin Baş katibi Antonio Quterreş İsrailin Livandakı böyük əməliyyatını pisləyərək, davam edən hücumların atəşkəsə və regiondakı sabitliyə yaratdığı təhlükəni vurğulayıb.

Wall Street Journal qəzetinin məlumatına görə, Tramp  İranla müharibə zamanı ABŞ və İsraili dəstəkləməyən NATO ölkələrini cəzalandırmağı düşünür. Bu, Amerika qüvvələrinin “əməkdaşlıq etməyən” ölkələrdən dəstək verilən ölkələr üzrə yenidən bölüşdürülməsini, eləcə də İspaniya və ya Almaniyadakı bazaların bağlanmasının mümkünlüyünü nəzərdə tutur. Bu arada, Polşa, Rumıniya, Litva və Yunanıstan Hörmüz boğazına nəzarət təşəbbüsünü dəstəklədikləri üçün əlavə qüvvələr ala bilərlər.

 

AzPost.az

Post navigation

Previous: İrana qarşı müharibə yenidən başlayacaqmı?
Next: Moldova MDB-dən rəsmən çıxdı

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
2027-ci ildə Bakı İslam dünyasının mühüm siyasi toplantılarından birinə ev sahibliyi edəcək. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı...
Read more about Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır? avtomobil yol
  • Maraqlı

Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır?

User 24 Oktyabr 2026 - 17:55
Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
Gündəlik gəzinti nə üçün vacibdir? gezmek
  • Maraqlı

Gündəlik gəzinti nə üçün vacibdir?

User 24 Oktyabr 2026 - 17:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.