Moldova Prezidenti Sandu MDB ölkələri ilə müqavilələri ləğv edib.
Azpost.info Newsmaker-ə istinadən bildirir ki, Prezident Maya Sandu Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxma prosesini rəsmi olaraq başa çatdıran fərmanlar imzalayıb.
Dərc olunmuş məlumata görə, birinci fərman 8 dekabr 1991-ci il tarixli MDB-nin yaradılması haqqında müqavilənin, eləcə də 21 dekabr 1991-ci il tarixli müvafiq protokolun ləğvini nəzərdə tutur. İkinci fərman 22 yanvar 1993-cü ildə qəbul edilmiş MDB Nizamnaməsinin ləğvi ilə bağlıdır.
Sənədin mətnində vurğulanır ki, Kişinyov öz qərarı barədə MDB strukturlarına məlumat verməyi öhdəsinə götürür. Təşkilatın Nizamnaməsinin 9-cu maddəsinə uyğun olaraq, üzv dövlət nəzərdə tutulan çıxma tarixindən 12 ay əvvəl yazılı bildiriş verməklə MDB-dən çıxmaq hüququna malikdir.