Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

ABŞ Yaxın Şərqə gəmil ilə 10 min hərbçi göndərir

User 15 Aprel 2026 - 16:03 (Last updated: 15 Aprel 2026 - 16:03)
abs gemi irana

ABŞ iki hərbi gəmi qrupu ilə Yaxın Şərqə 10.000-dən çox əsgər göndərir.

Azpost.info bildirir ki, bu barədə “The Washington Post” qəzeti Amerika rəsmilərinə istinadən xəbər verir.

Onların sözlərinə görə, Amerika administrasiyası İranı razılığa gəlməyə məcbur etmək üçün regiona əlavə qüvvələr göndəriləcək. Atəşkəs rejiminə əməl olunmazsa, ABŞ əlavə zərbələr və ya quru əməliyyatları da nəzərdən keçirir.

USS George H.W. Bush təyyarədaşıyan gəmisində və onu müşayiət edən gəmilərdə altı min əsgər var. 14 apreldə bu qrupun Hind okeanına doğru Cənubi Afrikanı dövrə vurduğu bildirilib. Yaxın Şərqə çatdıqdan sonra Amerika komandanlığının orada üç təyyarədaşıyan gəmisi (USS Abraham Lincoln və USS Gerald R. Ford) olacaq.

Daha 4200 əsgər USS Boxer amfibiya hücum gəmisinin də daxil olduğu qrupundadır. Qəzet qeyd edir ki, gəmi ötən həftə Havayı tərk edib və bir neçə həftə ərzində Yaxın Şərqə çatması gözlənilir.

İki rəsmi WP-yə bildirib ki, blokada davam edərkən hərbi planlaşdırıcılar daha bir eskalasiyanı – İran ərazisində quru əməliyyatlarını nəzərdən keçirirlər. Xüsusilə, bu, İranın nüvə materiallarını ələ keçirmək üçün xüsusi əməliyyat missiyasını, Hörmüz boğazına nəzarəti təmin etmək üçün İranın sahil ərazilərinə dəniz piyadalarının desant çıxarmasını və ya İran neft sənayesinin əsas mərkəzi olan Xarq adasının ələ keçirilməsini əhatə edə bilər.

Qəzet qeyd edir ki, hazırda ABŞ-ın İrana qarşı əməliyyatda 50.000 şəxsi heyəti var. Oman körfəzində və Ərəbistan dənizində ondan çox ABŞ Hərbi Dəniz Qüvvələri gəmisi İran limanlarının blokadasını davam etdirir.

AzPost.az

Post navigation

Previous: “Uşaqlar Azərbaycanla sərhəddə futbol oynayır” –
Next: Azərbaycan və Rusiya AZAL-ın təyyarəsi ilə bağlı birgə Bəyanat verdi

Oxşar xəbərlər

pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.