Pentaqon rəhbərinə qarşı impiçment hazırlanır

ABŞ Konqresinin Nümayəndələr Palatasında Müdafiə naziri Lloyd Ostinə qarşı impiçment proseduruna başlamaq barədə qətnamə təqdim edilib. Bu barədə qanunverici orqanın sənədlər bazasındakı məlumatda deyilir.

AzPost xəbər verir ki, təşəbbüsün müəllifi olan konqresmenlər Pentaqon rəhbərini “ağır cinayətlərdə və xırda hüquqpozmalarda” ittiham edirlər. Sənəddə qeyd olunur ki, Ostinin fəaliyyəti ABŞ-ın milli təhlükəsizliyinə zərər vurub və konstitusiya öhdəliklərinin yerinə yetirilməməsinə səbəb olub.

İttihamlar arasında ABŞ qoşunlarının Əfqanıstandan uğursuz çıxarılması, ölkənin cənub sərhədlərindəki miqrasiya böhranı zamanı hərbi resurslardan qeyri-effektiv istifadə və nazirin öz xəstəxanaya yerləşdirilməsi barədə məlumatı vaxtında Ağ Evə və Konqresə bildirməməsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) kimi məqamlar yer alır.

Qeyd olunur ki, impiçment maddələrinin qəbul edilməsi üçün Nümayəndələr Palatasında səsçoxluğu tələb olunur, bundan sonra məsələyə Senatda baxılmalıdır. Lakin ekspertlər hazırkı siyasi şəraitdə bu təşəbbüsün sonadək çatdırılma ehtimalını aşağı qiymətləndirirlər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.