Finliyanın paytaxtı Helsinkinin bələdiyyələrindən birində ağacların üzərində mənşəyi məlum olmayan ağ material aşkar edilib. AzPost xəbər verir ki, bu barədə “Iltalehti” nəşri məlumat yayıb. Maddənin haradan gəldiyini müəyyən etmək mümkün olmayıb.
Hadisə axşam saatlarında, gəzinti zamanı aşkar olunub. Şahidlərin sözlərinə görə, onlar əvvəlcə obyektləri təxminən 500 metr məsafədən görüblər, daha sonra budaqlardan sallanan qəribə formasiyalara diqqət yetiriblər.
Sakinlər maddənin təbiətini müəyyənləşdirə bilməyiblər. Onlar bunun parça və ya plastik olduğunu anlamaqda çətinlik çəkiblər.
Nəşr baş verənlərlə bağlı hər hansı izahat təqdim etmir. Materialın peyda olma şəraiti hələ də qeyri-müəyyən olaraq qalır.