Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Gürcüstandan avtomobil idxalı 53 % azalıb

User 26 Aprel 2026 - 10:55 (Last updated: 26 Aprel 2026 - 09:31)
Avtomobil

Avtomobil

Bu ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycana 29,9 milyon ABŞ dolları dəyərində 919 ədəd avtomobil ixrac edib.

Gürcüstanın Milli Statistika İdarəsinin məlumatlarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 41 %, kəmiyyət olaraq – 53 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Bu ilin ilk 3 ayı ərzində Gürcüstan xarici ölkələrə 364,5 milyon ABŞ dolları dəyərində 14 min 237 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərə nisbətən müvafiq olaraq 27 % və 30 % azdır.

Hesabat dövründə Gürcüstandan Qırğızıstana 183,6 milyon ABŞ dolları dəyərində 4 min 459 ədəd, Qazaxıstana 85,9 milyon ABŞ dolları dəyərində 5 min 422 ədəd, Tacikistana 20,2 milyon ABŞ dolları dəyərində 1 min 250 ədəd, Ermənistana 13,75 milyon ABŞ dolları dəyərində 596 ədəd avtomobil tədarük edilib.

Xatırladaq ki, 2025-ci ildə Gürcüstan 2,8 milyard ABŞ dolları dəyərində 111 min 265 ədəd avtomobil ixrac edib ki, bunun da 213 milyon ABŞ dolları dəyərində 7 min 814 ədədi Azərbaycanın payına düşüb. /Report/

AzPost.az

Post navigation

Previous: Mənzillərdə “kombi”lərdən istifadə məhdudlaşdırılır
Next: İlham Əliyev Trampa hucumu pislədi:

Oxşar xəbərlər

qaz tebii
  • İqtisadiyyat

Türkiyə Rusiyadan qaz alışını azaldır – Bayraktar səbəbi açıqladı

User 06 Noyabr 2026 - 19:32
dollar
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 06 Noyabr 2026 - 10:36
bank
  • İqtisadiyyat

Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq

User 05 Noyabr 2026 - 22:04

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.