Azərbaycanın valyuta ehtiyatı 94 mlrd. dollara qədər artacaq –BVF

Azərbaycanda strateji valyuta ehtiyatlarının yaxın illərdə artacağı gözlənilir.

APA-Economics” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozunda qeyd olunub.

Məlumata görə, ölkənin strateji valyuta ehtiyatları (ARDNF və Mərkəzi Bankın ehtiyatlarının cəmi) 2026-cı ildə 90,4 mlrd. ABŞ dolları təşkil edəcək. Bu göstəricinin 2027-ci ildə 93,0 mlrd. dollara, 2028-ci ildə 93,3 mlrd. dollara, 2029-cu ildə 93,8 mlrd. dollara, 2030-cu ildə 94,0 mlrd. dollara, 2031-ci ildə isə 93,9 mlrd. dollara çatacağı proqnozlaşdırılır.

Hesabata əsasən, Dövlət Neft Fondunun (ARDNF) ehtiyatlarının artım trayektoriyası davam edəcək. Belə ki, Fondun ehtiyatlarının 2026-cı ildə 76,1 mlrd. dollardan 2031-ci ildə 84,2 mlrd. dollara yüksələcəyi gözlənilir.

Bununla yanaşı, Azərbaycan Mərkəzi Bankının ehtiyatlarının 2026-cı ildə 14,4 mlrd. dollar, 2027-ci ildə 15,1 mlrd. dollar, 2028-ci ildə 14,16 mlrd. dollar, 2029-cu ildə 13,1 mlrd. dollar, 2030-cu ildə 11,7 dollar və 2031-ci ildə 9,66 mlrd. dollar təşkil edəcəyi gözlənilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.