Prezident İlham Əliyev və Zelenski arasında telefon danışığı olub

Mayın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan Prezidenti X sosial media hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski mənə zəng edib. Telefon söhbəti zamanı ölkələrimiz arasında münasibətlərin inkişafında müsbət dinamikadan məmnunluq ifadə olunub. Biz, həmçinin Qəbələdə keçirilən görüşdə müzakirə edilən məsələlərin ikitərəfli gündəlik çərçivəsində reallaşdırılması ilə bağlı fikir mübadiləsi apardıq”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.